01:17 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
26

Quru yolu ilə ölkəyə giriş-çıxışa olan məhdudiyyətlər aradan qaldırılmadığı üçün müvəqqəti olma müddəti 60 gün uzadılmış (müvafiq dövlət rüsumu ödənilməklə) əcnəbilərin ölkəni tərk etməsi tələb olunmur.

BAKI, 9 iyun — Sputnik. İyunun 10-dan Türkiyə və Rusiya vətəndaşları hava yolu ilə ölkəyə giriş-çıxış edə biləcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

V.Hüseynovun sözlərinə görə, yaşı 18-dən yuxarı olan şəxslərdən COVID-19 pasportu (tam peyvənd olunmasını və ya sağalıb immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş PZR testinin neqativ nəticəsi tələb olunur. O bildirib ki, yaşı 18-dən aşağı olan şəxslərdən isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PZR testinin neqativ nəticəsi tələb olunur.

Qeyd edək ki, quru yolu ilə ölkəyə giriş-çıxışa olan məhdudiyyətlər aradan qaldırılmadığı üçün müvəqqəti olma müddəti 60 gün uzadılmış (müvafiq dövlət rüsumu ödənilməklə) əcnəbilərin ölkəni tərk etməsi tələb olunmur.

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ötən ilin martın 15-dən Azərbaycan-Türkiyə, martın 18-dən etibarən Azərbaycan-Rusiya arasında gediş-gəliş müvəqqəti olaraq dayandırılıb.

Eləcə də oxuyun:

  • Sabahdan Bakıda qadağalardan biri aradan qalxır

  • Ölkədaxili uçuşlarda COVID-19-a dair test tələb olunmayacaq - Yeni qərar

  • AZAL Moskva istiqamətində uçuşların sayını artırır

Teqlər:
aviareys, uçuş, Rusiya, Türkiyə, Azərbaycan

Əsas mövzular