CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə xaricində yaşayanlar da Azərbaycandan saxta vaksin sənədi alıb

© AFP 2023 / INA FASSBENDERСвидетельство о вакцинации от коронавируса, фото из архива
Свидетельство о вакцинации от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.09.2021
Abunə olmaq
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
BAKI, 2 sentyabr — Sputnik. "Ağcabədi rayon mərkəzi xəstəxanası" Publik Hüquqi Şəxsinin Avşar kənd həkim məntəqəsində bəzi şəxslərə "COVID-19" əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olan müraciət əsasında Ağcabədi rayon prokurorluğunda araşdırma aparılıb. Sputnik Azərbaycan xəbər verir ki, araşdırmalarla həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə "COVID-19" əleyhinə vaksin vurulmadığı halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlərin tərtib edilməsi müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda qeyd olunan cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, bir müddət öncə də bənzər hadisə baş vermişdi. Belə ki, Masallı rayonunun Sığdaş kəndində ölkə ərazisində olmayan bəzi şəxslərin qanunsuz olaraq "COVID-19" əleyhinə I doza vaksinasiya olunmaları barədə daxil olan material əsasında Masallı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma ilə Masallı RMX-nın feldşeri Ziyafət Ağababayev tərəfindən rayonun Sığdaş kəndinin bəzi sakinlərinin ölkə ərazisindən kənarda olmalarına baxmayaraq onlara vaksin vurulmadığı halda "COVID-19" əleyhinə I doza vaksinasiya olunması və bu barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Həmçinin oxuyun:
Saxta COVID-19 pasportu satanlar tutulublar
Xəbər lenti
0