https://sputnik.az/20210831/Saxta-COVID-19-pasportu-satanlar-tutulublar-427817897.html
Saxta COVID-19 pasportu satanlar tutulublar
Saxta COVID-19 pasportu satanlar tutulublar
Sputnik Azərbaycan
İlkin dindirmə zamanı onlar hər birindən 225 manat almaqla 40 nəfər şəxsə belə saxta sənəd satdıqlarını etiraf edib 31.08.2021, Sputnik Azərbaycan
2021-08-31T14:18+0400
2021-08-31T14:18+0400
2021-11-17T00:03+0400
xəbərlər
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1f/427087403_0:160:3073:1888_1920x0_80_0_0_cf74f9246ca25866ba173362d8fc88d0.jpg
BAKI, 31 avqust — Sputnik. Daxil olmuş məlumatlar və keçirilən yoxlamalar nəticəsində bəzi şəxslərin ölkəmizdə koronavirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edərək pul müqabilində ayrı-ayrı vətəndaşlara dair məlumatları "e-tebib" elektron qeydiyyat sisteminə yerləşdirmələri və bununla da guya peyvənd olunmaları ilə bağlı onlara saxta COVID-19 pasportu satmaları müəyyən olunub.Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.Məlumatda qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqustun 30-da keçirilən tədbirlərlə saxta COVID-19 pasportu satmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Şıxıyev, Eldar Mirzəyev və Şirin Şirəliyev saxlanılıblar.İlkin dindirmə zamanı onlar hər birindən 225 manat almaqla 40 nəfər şəxsə belə saxta sənəd satdıqlarını etiraf edib. F.Şıxıyevə məxsus "Mercedes" markalı avtomobilə baxış keçirilərkən bir vətəndaşa məxsus vaksinasiyanın hər iki dozası qeyd olunmuş COVID-19 pasportu, 30 nəfərə aid üzərlərində mobil nömrələri yazılmış şəxsiyyət vəsiqələrinin surətləri və bank kartları aşkar edilərək götürülüb.Hazırda faktla bağlı Rayon Polis İdarəsinin və Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.Həmçinin oxuyun:COVID-19 pasportunun yoxlanılması üçün "CheckApp" mobil tətbiqi istifadəyə verilibCOVID pasportuna qarşı çıxanlar Londonda yolları bağladılar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1f/427087403_170:0:2901:2048_1920x0_80_0_0_8a020c6fed11529ac722be163035878a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Saxta COVID-19 pasportu satanlar tutulublar
14:18 31.08.2021 (Yenilənib: 00:03 17.11.2021) İlkin dindirmə zamanı onlar hər birindən 225 manat almaqla 40 nəfər şəxsə belə saxta sənəd satdıqlarını etiraf edib
BAKI, 31 avqust — Sputnik. Daxil olmuş məlumatlar və keçirilən yoxlamalar nəticəsində bəzi şəxslərin ölkəmizdə koronavirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edərək pul müqabilində ayrı-ayrı vətəndaşlara dair məlumatları "e-tebib" elektron qeydiyyat sisteminə yerləşdirmələri və bununla da guya peyvənd olunmaları ilə bağlı onlara saxta COVID-19 pasportu satmaları müəyyən olunub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Məlumatda qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqustun 30-da keçirilən tədbirlərlə saxta COVID-19 pasportu satmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Şıxıyev, Eldar Mirzəyev və Şirin Şirəliyev saxlanılıblar.
İlkin dindirmə zamanı onlar hər birindən 225 manat almaqla 40 nəfər şəxsə belə saxta sənəd satdıqlarını etiraf edib. F.Şıxıyevə məxsus "Mercedes" markalı avtomobilə baxış keçirilərkən bir vətəndaşa məxsus vaksinasiyanın hər iki dozası qeyd olunmuş COVID-19 pasportu, 30 nəfərə aid üzərlərində mobil nömrələri yazılmış şəxsiyyət vəsiqələrinin surətləri və bank kartları aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı Rayon Polis İdarəsinin və Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.