Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident İlham Əliyev Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançımızı təbrik edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsi zamanı
Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsi zamanı - Sputnik Azərbaycan, 1920, 02.09.2021
Tokioda keçirilən oyunlarda Azərbaycan paralimpiyaçılarının qazandıqları medalların ümumi sayı 16-ya çatıb və onlardan 11-i qızıl, 4-ü bürünc, biri isə gümüşdür.
BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançımızı təbrik edib. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki,  dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Qızıl medalçımız Vəli İsrafilovu inamlı qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edirəm!”
Tokioda keçirilən oyunlarda Azərbaycan paralimpiyaçılarının qazandıqları medalların ümumi sayı 16-ya çatıb və onlardan 11-i qızıl, 4-ü bürünc, biri isə gümüşdür.
Tokio oyunlarında Azərbaycan milli yığmasının heyətində iştirak edən cüdoçular Hüseyn Rəhimli (81 kiloqram), Dursədəf Kərimova (70 kiloqramdan yuxarı), Vüqar Şirinli (60 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Sevda Vəliyeva (57 kiloqram) və Şahanə Hacıyeva (48 kiloqram), üzgüçü Raman Saleh (100 metr kürək üstü və sərbəst üzmə), habelə atletlər Həmid Heydərli (nizə atma, dünya rekordu 51.42 metr) və Elvin Astanov (kürə atma, dünya rekordu 8.77 metr) Paralimpiya çempionu olublar.
Gümüş medalı yüngül atletikada 100 m məsafəyə qaçışda Lamiyə Vəliyeva qazanıb.
Komandamızın tərkibində Paralimpiadanın bürünc medalçıları isə cüdoçular Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (100 kq-dan artıq), pauerliftinqçi Pərvin Məmmədov (49 kq) və uzunluğa tullanmada yarışan Səid Nəcədzadə olublar.
 
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала