https://sputnik.az/20210902/Birinci-doza-peyvnd-olunanlarn-qapal-mkanlara-daxil-olmas-qaydas-aqlanb-427831877.html
Birinci doza peyvənd olunanların qapalı məkanlara daxil olması qaydası açıqlanıb
Birinci doza peyvənd olunanların qapalı məkanlara daxil olması qaydası açıqlanıb
Sputnik Azərbaycan
Yoxlanış zamanı COVID-19 pasportunu, 1-ci doza vaksin sertifikatını və immunitet sertifikatını elektron şəkildə təqdim etmək istəyən vətəndaşlar "myGov" şəxsi... 02.09.2021, Sputnik Azərbaycan
2021-09-02T10:58+0400
2021-09-02T10:58+0400
2021-11-17T00:03+0400
xəbərlər
cəmiyyət
səhiyyə
sertifikat
covid-19
koronavirus
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1e/427352835_0:159:3079:1890_1920x0_80_0_0_53be78350ae07f571cf3421872575e05.jpg
BAKI, 2 sentyabr — Sputnik. Oktyabrın 1-dək "CheckApp" mobil tətbiqi üzərindən həyata keçirilən yoxlama zamanı COVID-19 pasportu əldə etmiş vətəndaşlarla yanaşı, immunitet sertifikatı olan və COVID-19 virusuna qarşı 1-ci doza vaksin sertifikatı olan vətəndaşlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil ola bilərlər.Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a məlumat verilib.Yoxlanış zamanı COVID-19 pasportunu, 1-ci doza vaksin sertifikatını və immunitet sertifikatını elektron şəkildə təqdim etmək istəyən vətəndaşlar "myGov" şəxsi kabinetlərindən qeyd edilən sənədləri aça və ya telefonuna yükləyərək göstərə bilərlər."myGov" mobil tətbiqini "iOS" və "Android" əməliyyat sistemi istifadəçiləri aşağıdakı linklərdən yükləyə bilərlər:• "Android"• "iOS"Vətəndaşlar COVID-19 pasportu və sertifikatları, həmçinin e-TƏBİB və its.gov.az portalından təqdim edə bilərlər. Bu zaman vətəndaşlar ən yeni sənədin təqdim olunduğuna əmin olmalıdırlar.Qeyd edək ki, "CheckApp" mobil tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. Mobil tətbiq qurum və müəssisələrin icaze.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub.Həmçinin oxuyun:Saxta COVID-19 pasportu satanlar tutulublar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1e/427352835_173:0:2904:2048_1920x0_80_0_0_da99ab132d54e379c2014fa08ad0e27d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, sertifikat, covid-19, koronavirus, azərbaycan
xəbərlər, sertifikat, covid-19, koronavirus, azərbaycan
Birinci doza peyvənd olunanların qapalı məkanlara daxil olması qaydası açıqlanıb
10:58 02.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Yoxlanış zamanı COVID-19 pasportunu, 1-ci doza vaksin sertifikatını və immunitet sertifikatını elektron şəkildə təqdim etmək istəyən vətəndaşlar "myGov" şəxsi kabinetlərindən qeyd edilən sənədləri aça və ya telefonuna yükləyərək göstərə bilərlər.
BAKI, 2 sentyabr — Sputnik. Oktyabrın 1-dək "CheckApp" mobil tətbiqi üzərindən həyata keçirilən yoxlama zamanı COVID-19 pasportu əldə etmiş vətəndaşlarla yanaşı, immunitet sertifikatı olan və COVID-19 virusuna qarşı 1-ci doza vaksin sertifikatı olan vətəndaşlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil ola bilərlər.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a məlumat verilib.
Yoxlanış zamanı COVID-19 pasportunu, 1-ci doza vaksin sertifikatını və immunitet sertifikatını elektron şəkildə təqdim etmək istəyən vətəndaşlar "myGov" şəxsi kabinetlərindən qeyd edilən sənədləri aça və ya telefonuna yükləyərək göstərə bilərlər.
"myGov" mobil tətbiqini "iOS" və "Android" əməliyyat sistemi istifadəçiləri aşağıdakı linklərdən yükləyə bilərlər:
Vətəndaşlar COVID-19 pasportu və sertifikatları, həmçinin e-TƏBİB və its.gov.az portalından təqdim edə bilərlər. Bu zaman vətəndaşlar ən yeni sənədin təqdim olunduğuna əmin olmalıdırlar.
Qeyd edək ki, "CheckApp" mobil tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. Mobil tətbiq qurum və müəssisələrin icaze.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub.