Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki paralimpiya çempionunun anası: "Bilmədim yuxu görürəm, yerdəyəm, ya göydəyəm"

© Photo : REPORTDürsədəf Kərimova
Dürsədəf Kərimova - Sputnik Azərbaycan, 1920, 30.08.2021
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Zülfiyyə Kərimovanın övladları Xanım Hüseynova 63 kq, Dürsədəf Kərimova isə 70 kq-dan yuxarı çəki dərəcəsində paralimpiya çempionu olublar.
BAKI, 30 avqust — Sputnik. Azərbaycanın Tokio-2020 Yay Paralimpiya Oyunların qızıl medal qazanmış paracüdoçularından ikisi - Dürsədəf Kərimova və Xanım Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti Zülfiyyə Kərimovanın övladlarıdır.
Sputnik Azərbaycan xəbər verir ki, Zülfiyyə Kərimova sevincini "Report"la bölüşüb.
O bildirib ki, qızları uşaq yaşlarından idmanla məşğul olublar: "Onlar 10-11 yaşlarından idmana gediblər. Həmişə böyük idmanda olublar. Valideynləri olaraq atası və mən hər zaman onlara dəstək olmuşuq. Yaxşı müəllimlərinin köməyi ilə bu qələbələri qazandılar. Yarışlara, telekanallar işıqlandırmadıqlarından, canlı baxa bilməmişdim.
Qələbə xəbərini qızlarımın özləri xəbər verdilər. Yarışın videolarını göndərmişdilər, baxdıq və sevindik. Həmin an keçirdiyim hisləri sözlə ifadə edə bilmirəm. Bilmədim yuxu görürəm, yerdəyəm, ya göydəyəm. Bu cür sevinc hər bir anaya, valideynə qismət olsun, övladlarının uğurunu görüb sevinsinlər. Qələbə xəbərinə hamı sevinir. Çünki bu, Vətən müharibəsindəki Zəfərimizdən sonra qazandığımız ikinci böyük qələbələrdən biridir".
Qeyd edək ki, Xanım Hüseynova 63 kq, Dürsədəf Kərimova isə 70 kq-dan yuxarı çəki dərəcəsində paralimpiya çempionu olub.
Həmçinin oxuyun: 
* Birinci vitse-prezident Paralimpiadada növbəti medal qazanan idmançıları təbrik edib
* Paralimpiya komandamız səkkizinci qızıl medalı qazanıb
 
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала