CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hamı paytaxta qaçır - Bakının "vakansiya yükü" necə azala bilər

© AFP 2024 / ALAIN JOCARDРабота в офисе, фото из архива
Работа в офисе, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.08.2021
Abunə olmaq
Dövlət Statistika Komitəsi 6 ayda yeni iş yerləri ilə bağlı məlumat yayıb. İqtisadçı paytaxtda və regionlarda yeni iş yerləri ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.
BAKI, 29 avqust — Sputnik. 2021-ci ilin 6 ayı ərzində Azərbaycanda 30,9 min yeni iş yerləri açılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 6 ayda yaradılmış iş yerlərinin 89,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 75,8 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan MR-in, 23,6 faizi digər regionların, o cümlədən 4,6 faizi Gəncə-Daşkəsən, 4 faizi Abşeron-Xızı, 3,2 faizi Lənkəran-Astara, 2,8 faizi Quba-Xaçmaz, 2,1 faizi Şəki-Zaqatala, 1,9 faizi Qazax-Tovuz, 1,2 faizi Mərkəzi Aran, 1,1 faizi Şirvan-Salyan, 0,9 faizi Qarabağ, 0,7 faizi Dağlıq Şirvan, 0,7 faizi Mil-Muğan, 0,4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Niyə yeni iş yerlərinin 75,8 faizi Bakı şəhərinin payına düşür? Digər regionlarda bu göstərici niyə yüksək deyil?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, regionlarımızda iş yerlərinin yaradılması problem olaraq qalır. Bakı və Abşeron yarımadasında əhali sayının artmasının əsas səbəblərindən biri də iqtisadi fürsətlərin məhz Bakı və Abşeronda cəmləşməsidir. Regionlarda iqtisadi ehtiyacların ödənilməsi qənaətbəxş olmadığına görə insanların Bakı və Abşerona köçməsinin şahidi olmuşuq. Regionlarda iş yerlərinin yaradılması kiçik rəqəmlərlə ifadə olunur, nəinki Bakı və Abşeron rayonunda və yaxud da iri şəhərlərdə. Məsələn, Gəncə və Sumqayıt kimi şəhərlərdə.
O bildirib ki, regionlarda iş yerlərinin yaradılması mühüm məsələdir. İndi bizim üçün fürsətlər də yaranıb. İşğaldan azad edilmiş ərazilərimizdə yeni iş yerlərinin, yeni iqtisadi fürsətlərin yaradılması üçün kifayət qədər münbit şərait var. Çalışmalıyıq ki, daha çox həmin bölgələrdə iqtisadi fürsətlər yaransın. Dövlət tərəfindən həmin yerlərdə yaşayış səviyyəsi müasir standartlara uyğun təmin ediləcək. Hazırda bu istiqamətdə işlər aparılır. Amma iqtisadi fürsətlər də yaranmalıdır.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 6 ayda yeni açılmış iş yerlərinin 11,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 85,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2,2 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Bununla yanaşı, 2021-ci ilin birinci yarımili ərzində ölkədə 3,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 40 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 38,5 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 61,5 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Onu da bildirək ki, Azərbaycanda ən çox və ən az iş yeri açılan rayon/şəhərlərin siyahısına (yanvar-iyun, 2021) buradan baxmaq mümkündür.
Eləcə də oxuyun:
Diplomlu işsizlər - müəllim çox, iş yeri yox!
Aqrar sahədə işaxtaranlar üçün yeni sayt yaradılıb
Öncə kurs, sonra iş: Şəhid ailəsi üzvləri və qazilər üçün yeni imkan
Xəbər lenti
0