CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan paralimpiyaçıları Tokioda qızıl medalların sayını artırdılar: rekord da vuruldu

© REUTERS / MARKO DJURICAАзербайджанский пловец Роман Салех на церемонии награждения Паралимпийских игр Токио-2020
Азербайджанский пловец Роман Салех на церемонии награждения Паралимпийских игр Токио-2020 - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Abunə olmaq
Tokiodakı Paralimpiya Oyunlarında Azərbaycan komandası artıq yeddi qızıl medal qazanıb, bunlardan beşi cüdoçularımızın sayəsində əldə olunub. Para-atletimiz isə dünya rekordunu yeniləyib.
BAKI, 28 avqust - Sputnik. Azərbaycan komandası Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında yeddinci qızıl medalını qazanıb. Eləcə də idmançımız rekord qırıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Həmid Heydəri nizə atma növü üzrə yarışda 1-ci yeri tutub. 51.42 metr nəticə göstərən Heydəri dünya rekordunu da yeniləyib.
Aktivində 7 qızıl, 2 bürünc medal olan Azərbaycan ümumi sıralamada 7-ci pillədə qərarlaşıb.
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında paracüdoçularımız Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), üzgüçü Raman Saleh qızıl, pauerliftinqçi Pərvin Məmmədov və daha bir paracüdoçumuz Namiq Abbaslı isə bürünc medala sahib çıxıblar.
Medal sıralamasında ilk onluq belədir: 
1 Çin - (30 qızıl, 21 gümüş, 26 bürünc) - 77 medal
2. Böyük Britaniya - (16, 12, 15) - 43
3. Rusiya - (13, 7, 20) - 40
4. ABŞ  - (11, 7, 4) - 22
5. Ukrayna - (8, 17, 9) - 34
6. Avstraliya - (7, 9, 11) - 27
7. Azərbaycan - (7, 0, 2) - 9
8. Braziliya - (6, 5, 12) - 23
9. Niderland - (6, 5, 5) - 16
10. İtaliya - (5, 7, 6) - 18 medal.
--------
13:49
Azərbaycan komandası Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb. 
Sputnik Azərbaycan-ın məlumatına görə, cüdoçumuz Hüseyn Rəhimli (81 kq) finalda Özbəkistan təmsilçisi Davurxon Karomatova qalib gələrək çempion olub.
Bununla Azərbaycan komandasının Tokioda qazandığı qızıl medalların sayı 6-ya çatıb. Bunlardan beşini cüdoçularımız qazanıblar.
----------
13:22
Azərbaycan cüdoçuların Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında qızıl medal hesabını artırıblar. 
Sputnik Azərbaycan-ın məlumatına görə, Sevda Vəliyevanın (57 kq) ardınca 63 kq çəki dərəcəsində yarışan Xanım Hüseynova da çempion olub. O, finala gedən yolda yaponiyalı Xiroko Kudo və çinli Yue Vanqa qalib gəlib. Finalda isə Ukraynanı təmsil edən İrina Xusiyevanı məğlub edib.
Azərbaycan millisinin hesabında bu, artıq beşinci qızıl medaldır. Avqustun 27-də qadın paracüdoçu Şəhanə Hacıyeva Olimpiya çempionu adını qazanıb. 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız fransalı Sandrin Martineyə qalib gəlib.
Cüdoda ikinci qızıl medalımızı isə 60 kq-da mübarizə aparan Vüqar Şirinli qazanıb. İdmançımız final görüşündə Qazaxıstan təmsilçisi Anuar Sarıyevə qalib gəlib.
Raman Saleh isə 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb.
Tokioda ilk medalımızı qazanan isə pauerliftinqdə qüvvəsini sınayan Pərvin Məmmədov olub. O, bürünc medala sahib çıxıb. Daha bir bürünc medal qazanan idmançımız isə cüdoçu Namiq Abbaslıdır.
Daha bir qızıl medal qazanmaq şansımız da var. Cüdoçu Hüseyn Rəhimli (81 kq) finaldadır.
Eləcə də oxuyun:
Artıq dörd qızılımız var: İlham Əliyev Azərbaycan paralimpiyaçılarını təbrik edib
Azərbaycan Tokio Paralimpiadasında ilk medalını qazanıb
Paralimpiyaçılarımız Tokioda üç qızıl və bir bürünc medal qazanıblar
Xarı-bülbül Tokioda: Azərbaycan Paralimpiadanın paradında iştirak edib
Xəbər lenti
0