https://sputnik.az/20210828/Rusiyaya-getmk-istynlrin-nzrin-Qaydalar-dyidi---VDEO-427797273.html
Rusiyaya getmək istəyənlərin nəzərinə: Qaydalar dəyişdi - VİDEO
Rusiyaya getmək istəyənlərin nəzərinə: Qaydalar dəyişdi - VİDEO
Sputnik Azərbaycan
Həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına "Путешествую без COVID-19" mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş... 28.08.2021, Sputnik Azərbaycan
2021-08-28T13:58+0400
2021-08-28T13:58+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
azal
təyyarə
uçuş
tətbiq
qayda
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42200/16/422001699_0:0:3071:1728_1920x0_80_0_0_63a922262f6998ec4ce4529500b86b3e.jpg
BAKI, 28 avqust — Sputnik. "Azərbaycan Hava Yolları" QSC Rusiyaya səyahət planlaşdıranlara xatırlatma edib.Şirkətdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, sentyabrın 1-dən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir. Belə ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına "Путешествую без COVID-19" mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır.Tətbiq ödənişsizdir. "Путешествую без COVID-19" tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:- iPhone üçün: https://apps.apple.com/app/id1541206996- Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US- Huawei smartfonları üçün: https://appgallery.huawei.com/#/app/C104343239Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün məcburi deyildir:- Rusiya Federasiyasının vətəndaşları üçün;- Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində testdən keçmiş olduqda.- smartfonları olmayan uşaqlar və ya yaşlı əhali qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.Rusiyaya səyahət edərkən, PCR-testi yalnız əvvəlcədən razılaşdırılmış tibb müəssisələrində keçirilə bilər.Laboratoriyaların siyahısı ilə həm mobil tətbiqdə, həm də keçid vasitəsilə aviaşirkətin rəsmi internet səhifəsində tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-russiaTestdən keçərkən sərnişin Rusiyaya uçduğunu klinikaya mütləq bildirməli və xarici pasport təqdim etməlidir. Tətbiq test əsasında hava limanında sərhəd nəzarəti məntəqəsində göstərməli olduğunuz QR-kod yaradacaqdır. Testin nəticəsi barədə məlumat mobil tətbiqdə yaşıl QR-kod şəklində saxlanılacaqdır. Bu kodu qeydiyyat masalarında, habelə Rusiyaya gəldikdə sərhəd keçid məntəqələrində təqdim etmək lazımdır. Səyahət zamanı telefonunuzda texniki problemlər yarandığı halda, sərnişində PCR-testin kağız nüsxəsi olmalıdır. Koronavirus infeksiyasına dair testi Rusiyaya uçmazdan əvvəl 72 saat ərzində vermək lazımdır. "Путешествую без COVID-19" tətbiqini hazırlayan mütəxəsislər bildirirlər ki, ən yaxın zamanda bu tətbiqdə sərnişinlərin peyvənd olunması barədə məlumatlar da öz əksinin tapacaqdır.Eləcə də oxuyun:İsrail şirkətləri Azərbaycana aviareysləri bərpa edəcək"Füzuli" Beynəlxalq hava limanında xüsusi uçuşlar keçirilir - VİDEO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42200/16/422001699_323:0:3054:2048_1920x0_80_0_0_ca59a673151d44680601dd4e244a75a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azal, təyyarə, uçuş, tətbiq, qayda, azərbaycan
xəbərlər, azal, təyyarə, uçuş, tətbiq, qayda, azərbaycan
Rusiyaya getmək istəyənlərin nəzərinə: Qaydalar dəyişdi - VİDEO
13:58 28.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına "Путешествую без COVID-19" mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır.
BAKI, 28 avqust — Sputnik. "Azərbaycan Hava Yolları" QSC Rusiyaya səyahət planlaşdıranlara xatırlatma edib.
Şirkətdən
Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, sentyabrın 1-dən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir.
Belə ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına "Путешествую без COVID-19" mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır.
Tətbiq ödənişsizdir. "Путешествую без COVID-19" tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:
- iPhone üçün: https://apps.apple.com/app/id1541206996
- Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US
- Huawei smartfonları üçün: https://appgallery.huawei.com/#/app/C104343239
Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün məcburi deyildir:
- Rusiya Federasiyasının vətəndaşları üçün;
- Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində testdən keçmiş olduqda.
- smartfonları olmayan uşaqlar və ya yaşlı əhali qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.
Rusiyaya səyahət edərkən, PCR-testi yalnız əvvəlcədən razılaşdırılmış tibb müəssisələrində keçirilə bilər.
Laboratoriyaların siyahısı ilə həm mobil tətbiqdə, həm də keçid vasitəsilə aviaşirkətin rəsmi internet səhifəsində tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-russia
Testdən keçərkən sərnişin Rusiyaya uçduğunu klinikaya mütləq bildirməli və xarici pasport təqdim etməlidir. Tətbiq test əsasında hava limanında sərhəd nəzarəti məntəqəsində göstərməli olduğunuz QR-kod yaradacaqdır. Testin nəticəsi barədə məlumat mobil tətbiqdə yaşıl QR-kod şəklində saxlanılacaqdır. Bu kodu qeydiyyat masalarında, habelə Rusiyaya gəldikdə sərhəd keçid məntəqələrində təqdim etmək lazımdır. Səyahət zamanı telefonunuzda texniki problemlər yarandığı halda, sərnişində PCR-testin kağız nüsxəsi olmalıdır. Koronavirus infeksiyasına dair testi Rusiyaya uçmazdan əvvəl 72 saat ərzində vermək lazımdır. "Путешествую без COVID-19" tətbiqini hazırlayan mütəxəsislər bildirirlər ki, ən yaxın zamanda bu tətbiqdə sərnişinlərin peyvənd olunması barədə məlumatlar da öz əksinin tapacaqdır.
İsrail şirkətləri
Azərbaycana aviareysləri bərpa edəcək