https://sputnik.az/20210828/Mehriban-liyeva-paralimpiya-empionlarmz-tbrik-eldi-427797853.html
Mehriban Əliyeva yeni dünya rekordçusunu təbrik elədi
Mehriban Əliyeva yeni dünya rekordçusunu təbrik elədi
Sputnik Azərbaycan
Mehriban Əliyeva qeyd edib ki, mükəmməl fiziki hazırlıq və yenilməz qələbə əzmi nümayiş etdirən idmançılarımız Azərbaycanı “Tokio-2020” XVI Yay Paralimpiya... 28.08.2021, Sputnik Azərbaycan
2021-08-28T22:21+0400
2021-08-28T22:21+0400
2021-11-17T00:03+0400
cəmiyyət
xəbərlər
idman
yay paralimpiya oyunları
tokio
qızıl medallar
təbrik
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426202573_0:320:3072:2048_1920x0_80_0_0_96052c53d309017422932122502f1e4a.jpg
BAKI, 28 avqust - Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva "Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan daha bir idmançımızı təbrik edib.Sputnik Azərbaycan-ın məlumatına görə, Mehriban Əliyeva bununla bağlı sosial şəbəkədə paylaşım edib.“Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzılayıram!” - paylaşımda qeyd olunub..----------15:51Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qızıl və bürünc medallar qazandıran idmançılarımızı təbrik edib.Sputnik Azərbaycan xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı instaqram hesabında etdiyi paylaşımda deyilir:“Bizim idmançılarımızı – qızıl medal sahibləri Şəhanə Hacıyeva, Vüqar Şirinli, Saleh Raman, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimlini, bürünc medal sahibləri Pərvin Məmmədov və Namiq Abaslını parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.Mükəmməl fiziki hazırlıq və yenilməz qələbə əzmi nümayiş etdirərək, siz Azərbaycanı “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdiniz. Əldə etdiyiniz yüksək nəticələr sizin bacarığınızın, əla səviyyədə hazırlığınızın, məqsədyönlülüyünüzün və iradənizin əyani sübutudur. Sizin hər birinizə və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər diləyir və ən xoş arzularımı çatdırıram”.Qeyd edək ki, Azərbaycan komandası Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında altı qızıl, iki bürünc medal qazanıb. Paracüdoçularımız Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), üzgüçü Raman Saleh qızıl, pauerliftinqçi Pərvin Məmmədov və daha bir paracüdoçumuz Namiq Abbaslı isə bürünc medala sahib çıxıblar.Eləcə də oxuyun:Artıq dörd qızılımız var: İlham Əliyev Azərbaycan paralimpiyaçılarını təbrik edibAzərbaycan Tokio Paralimpiadasında ilk medalını qazanıbParalimpiyaçılarımız Tokioda üç qızıl və bir bürünc medal qazanıblarXarı-bülbül Tokioda: Azərbaycan Paralimpiadanın paradında iştirak edibTokio-2020: Azərbaycan cüdoçuları Paralimpiadada "qızıl qırırlar"
tokio
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426202573_189:0:2920:2048_1920x0_80_0_0_80482f338d6e88d41822755d94ce41c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, yay paralimpiya oyunları, tokio, qızıl medallar, təbrik, azərbaycan
xəbərlər, yay paralimpiya oyunları, tokio, qızıl medallar, təbrik, azərbaycan
Mehriban Əliyeva yeni dünya rekordçusunu təbrik elədi
22:21 28.08.2021 (Yenilənib: 00:03 17.11.2021) Mehriban Əliyeva qeyd edib ki, mükəmməl fiziki hazırlıq və yenilməz qələbə əzmi nümayiş etdirən idmançılarımız Azərbaycanı “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında layiqincə təmsil ediblər.
BAKI, 28 avqust - Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva "Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan daha bir idmançımızı təbrik edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Mehriban Əliyeva bununla bağlı sosial şəbəkədə paylaşım edib.
“Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzılayıram!” - paylaşımda qeyd olunub..
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qızıl və bürünc medallar qazandıran idmançılarımızı təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı instaqram hesabında etdiyi paylaşımda deyilir:
“Bizim idmançılarımızı – qızıl medal sahibləri Şəhanə Hacıyeva, Vüqar Şirinli, Saleh Raman, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimlini, bürünc medal sahibləri Pərvin Məmmədov və Namiq Abaslını parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Mükəmməl fiziki hazırlıq və yenilməz qələbə əzmi nümayiş etdirərək, siz Azərbaycanı “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdiniz. Əldə etdiyiniz yüksək nəticələr sizin bacarığınızın, əla səviyyədə hazırlığınızın, məqsədyönlülüyünüzün və iradənizin əyani sübutudur. Sizin hər birinizə və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər diləyir və ən xoş arzularımı çatdırıram”.
Qeyd edək ki, Azərbaycan komandası Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında altı qızıl, iki bürünc medal qazanıb. Paracüdoçularımız Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), üzgüçü Raman Saleh qızıl, pauerliftinqçi Pərvin Məmmədov və daha bir paracüdoçumuz Namiq Abbaslı isə bürünc medala sahib çıxıblar.
Artıq dörd qızılımız var: İlham Əliyev Azərbaycan paralimpiyaçılarını təbrik edib
Xarı-bülbül Tokioda: Azərbaycan Paralimpiadanın paradında iştirak edib