Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dəniz kuboku" yarışlarında komandamız üçüncüdür

Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində “Xilasetmə vasitələrinin istifadəsi” tapşırığını yerinə yetiriblər.
BAKI, 27 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində növbəti epizod yerinə yetirilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində “Xilasetmə vasitələrinin istifadəsi” tapşırığını yerinə yetiriblər. Bu mərhələdə hərbi dənizçilər komandada beş nəfər olmaqla xüsusi üzgüçülük geyimlərini geyinərək müəyyən məsəfəni qət edib, xilasedici salı avarlar vasitəsilə təyin olunan nöqtəyə gətiriblər.
Hakimlər komissiyasının qərarı ilə bu mərhələdə İran komandası 20 balla birinci, Rusiya komandası 18 balla ikinci, Azərbaycan komandası 16 balla üçüncü, Qazaxıstan komandası isə 11 balla dördüncü yerə layiq görülüb. Yarışların ümumi nəticəsinə görə hazırda İran komandası 58 balla birinci, Qazaxıstan komandası 49 balla ikinci, Azərbaycan komandası 48 balla üçüncü, Rusiya komandası isə 46 balla dördüncü yerdə qərarlaşıb. Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsi ümumi üç mərhələ üzrə altı epizoddan ibarətdir. Növbəti günlərdə hərbi dənizçilərimiz "Artilleriya atışlarının yerinə yetirilməsi" və "Dəniz hazırlığı" üzrə mərhələlərdə güclərini sınayacaqlar.
26.08.2021
"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsində iştirak edən hərbi dənizçilər "Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı" mərhələsinin "Təlim-məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə" epizodunu yerinə yetiriblər.
Bu barədə Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib.
Əvvəlcə epizodun yerinə yetirilmə ardıcıllığı müəyyən edilib. Heyətlər bu epizodda gəminin təhlükəsizliyinin təmin edilməsi, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər.
Müsabiqənin ilk epizodunun yerinə yetirilməsi üzrə beynəlxalq hakimlər kollegiyasının qərarı ilə İran və Qazaxıstan komandaları 38 balla birinci, Azərbaycan komandası 32 balla ikinci, Rusiya komandası isə 28 balla üçüncü yerə layiq görülüb.
Eləcə də oxuyun:
İranda "Dəniz kuboku" müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib
Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqəsinə start verilib
Azərbaycan hərbçiləri "Tank biatlonu" müsabiqəsində ilk yarışa başlayıblar
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала