https://sputnik.az/20210825/Qazaxstanda-Artilleriya-atinin-ustalar-msabiqsin-start-verilib-427775303.html
Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqəsinə start verilib
Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqəsinə start verilib
Sputnik Azərbaycan
Sentyabrın 4-dək davam edəcək "Artilleriya atəşinin ustaları" müsabiqəsində Azərbaycan, Belarus, Vyetnam, İran, Rusiya, Suriya, Tacikistan və Özbəkistan... 25.08.2021, Sputnik Azərbaycan
2021-08-25T20:35+0400
2021-08-25T20:35+0400
2021-11-17T00:02+0400
xəbərlər
qarabağ
siyasət
artilleriya
qazaxıstan
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/19/427775140_0:116:1200:794_1920x0_80_0_0_0b0d081400485a45dabb46ef6ce55241.jpg
BAKI, 25 avqust — Sputnik. “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin təntənəli açılış mərasimi olub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Qazaxıstan Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildikdən sonra müsabiqəyə qatılan komandaların təntənəli keçidi olub.Qazaxıstan Respublikasının müdafiə naziri, general-leytenant Nurlan Yermekbayev çıxış edərək Beynəlxalq Ordu Oyunlarının başlaması münasibətilə yarış iştirakçılarını təbrik edib, komandalara uğurlar arzulayıb. Qazaxıstanın müdafiə naziri oyunların beynəlxalq əməkdaşlığın formalaşması, gücləndirilməsi və inkişafında əhəmiyyətindən danışaraq bu əlaqələrdə Qazaxıstanın rolunu da qeyd edib.Daha sonra Beynəlxalq Ordu Oyunlarının bayrağı qaldırılıb və müsabiqədə iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa ediblər. Təntənəli mərasimin sonunda minaatan qruplarının yarışlarına start verilib.Sentyabrın 4-dək davam edəcək "Artilleriya atəşinin ustaları" müsabiqəsində Azərbaycan, Belarus, Vyetnam, İran, Rusiya, Suriya, Tacikistan və Özbəkistan komandaları iştirak edirlər.Həmçinin oxuyun:Beynəlxalq Ordu Oyunları-2021: dənizçilər üçün püşkatma, artilleriyaçılar üçün brifinq
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/19/427775140_0:40:1200:794_1920x0_80_0_0_52030691447754d74c242320bbecaa44.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, artilleriya, qazaxıstan, dünya, azərbaycan
xəbərlər, artilleriya, qazaxıstan, dünya, azərbaycan
Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqəsinə start verilib
20:35 25.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Sentyabrın 4-dək davam edəcək "Artilleriya atəşinin ustaları" müsabiqəsində Azərbaycan, Belarus, Vyetnam, İran, Rusiya, Suriya, Tacikistan və Özbəkistan komandaları iştirak edirlər.
BAKI, 25 avqust — Sputnik. “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin təntənəli açılış mərasimi olub.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Qazaxıstan Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildikdən sonra müsabiqəyə qatılan komandaların təntənəli keçidi olub.
Qazaxıstan Respublikasının müdafiə naziri, general-leytenant Nurlan Yermekbayev çıxış edərək Beynəlxalq Ordu Oyunlarının başlaması münasibətilə yarış iştirakçılarını təbrik edib, komandalara uğurlar arzulayıb. Qazaxıstanın müdafiə naziri oyunların beynəlxalq əməkdaşlığın formalaşması, gücləndirilməsi və inkişafında əhəmiyyətindən danışaraq bu əlaqələrdə Qazaxıstanın rolunu da qeyd edib.
Daha sonra Beynəlxalq Ordu Oyunlarının bayrağı qaldırılıb və müsabiqədə iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa ediblər. Təntənəli mərasimin sonunda minaatan qruplarının yarışlarına start verilib.
Sentyabrın 4-dək davam edəcək "Artilleriya atəşinin ustaları" müsabiqəsində Azərbaycan, Belarus, Vyetnam, İran, Rusiya, Suriya, Tacikistan və Özbəkistan komandaları iştirak edirlər.