https://sputnik.az/20210826/cebryail-zengilan-qubadli-zengilan-427778465.html
"Azərenerji"nin Şərqi Zəngəzur üzrə hesabatı
"Azərenerji"nin Şərqi Zəngəzur üzrə hesabatı
Sputnik Azərbaycan
Hazırda “Azərenerji” tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının hər birində 110/35/10 kV-luq yarımstansiyalar tikilir. 26.08.2021, Sputnik Azərbaycan
2021-08-26T13:05+0400
2021-08-26T13:05+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
iqtisadiyyat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42429/41/424294197_0:89:3081:1822_1920x0_80_0_0_47efa36d888f805fe7e53f85ef6ec738.jpg
BAKI, 26 avqust — Sputnik. “Azərenerji” tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının hər birində 110/35/10 kV-luq yarımstansiyalar tikilir. Bunun üçün “Şükürbəyli” yarımstansiyasından 40 km məsafədə yeni tikilən “Cəbrayıl” yarımstansiyasına, Cəbrayıldan 45 km məsafədə yeni tikilən “Qubadlı” yarımstansiyasına, Qubadlıdan 29 km məsafədə yeni tikilən “Zəngilan” yarımstansiyasına 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilir.Bu barədə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.Qeyd olunub ki, hər üç yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular quraşdırılmaqla yeni inzibati bina inşa edilir. Yarımstansiyalar məsafədən idarə olunmaqla Dispetçer İdarəetmə sisteminə qoşulacaq. “Cəbrayıl” yarımstansiyasında artıq işlər tamamlanmaqdadır. “Qubadlı” və “Zəngilan”da da işlərin çox hissəsi görülüb və sürətlə davam etdirilərək yaxın vaxtlarda yekunlaşacaq. Bundan başqa, hazırda Ağdam rayonunda 110/35/10 kV-luq iki yarımstansiya tikilir.“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin verdiyi məlumata görə, “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi sürətlə davam etdirilir və sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.Qeyd edək ki, bu günə qədər “Azərenerji” tərəfindən Füzulidən Şuşaya 75 km, Daşkəsəndən isə Kəlbəcərə 70 km məsafədə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilib və 110/35/10 kV-luq “Şuşa” və “Kəlbəcər” yarımstansiyaları tikilərək istismara verilib. Həmçinin Füzuli şəhərində 110/35/10 kV-luq “Füzuli” yarımstansiyası tikilib, eyni zamanda Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub.Eləcə də oxuyun:Prezident İlham Əliyev "Abşeron" yarımstansiyasının açılışında iştirak edibTarif Şurası daha bir enerji növünün qiymətini tənzimləmək səlahiyyəti aldıİşğaldan azad olunan rayonlar necə idarə ediləcək?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42429/41/424294197_55:0:2786:2048_1920x0_80_0_0_0ff51e4331d4f582c9d23f90ceeeb428.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
"Azərenerji"nin Şərqi Zəngəzur üzrə hesabatı
13:05 26.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Hazırda “Azərenerji” tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının hər birində 110/35/10 kV-luq yarımstansiyalar tikilir.
BAKI, 26 avqust — Sputnik. “Azərenerji” tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının hər birində 110/35/10 kV-luq yarımstansiyalar tikilir. Bunun üçün “Şükürbəyli” yarımstansiyasından 40 km məsafədə yeni tikilən “Cəbrayıl” yarımstansiyasına, Cəbrayıldan 45 km məsafədə yeni tikilən “Qubadlı” yarımstansiyasına, Qubadlıdan 29 km məsafədə yeni tikilən “Zəngilan” yarımstansiyasına 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilir.
Bu barədə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən
Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.
Qeyd olunub ki, hər üç yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular quraşdırılmaqla yeni inzibati bina inşa edilir. Yarımstansiyalar məsafədən idarə olunmaqla Dispetçer İdarəetmə sisteminə qoşulacaq. “Cəbrayıl” yarımstansiyasında artıq işlər tamamlanmaqdadır. “Qubadlı” və “Zəngilan”da da işlərin çox hissəsi görülüb və sürətlə davam etdirilərək yaxın vaxtlarda yekunlaşacaq. Bundan başqa, hazırda Ağdam rayonunda 110/35/10 kV-luq iki yarımstansiya tikilir.
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin verdiyi məlumata görə, “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi sürətlə davam etdirilir və sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.
Qeyd edək ki, bu günə qədər “Azərenerji” tərəfindən Füzulidən Şuşaya 75 km, Daşkəsəndən isə Kəlbəcərə 70 km məsafədə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilib və 110/35/10 kV-luq “Şuşa” və “Kəlbəcər” yarımstansiyaları tikilərək istismara verilib. Həmçinin Füzuli şəhərində 110/35/10 kV-luq “Füzuli” yarımstansiyası tikilib, eyni zamanda Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub.
Prezident İlham Əliyev
"Abşeron" yarımstansiyasının açılışında iştirak edib