İşğaldan azad olunan rayonlar necə idarə ediləcək?

© Sputnik / Emin Alisahib“Ağdam-1” yarımstansiyasının inşası
“Ağdam-1” yarımstansiyasının inşası - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
“Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın Şelli kəndi istiqamətində inşa edilir.

BAKI, 6 iyul — Sputnik. Ağdam rayonunun böyüklüyü və ərazidə böyük layihələrin gerçəkləşəcəyi nəzərə alınmaqla burada 2 ədəd  “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.

“Ağdam-1” yarımstansiyasının yaxınlığında “Azərenerji”nin Qarabağ Regional İdarəetmə Mərkəzi də tikilir ki, buradan birbaşa işğaldan azad edilən rayonların avtomatik idarəetməsi reallaşdırılacaq. Bu barədə "Azərenerji" ASC-nin şöbə müdiri Muxtar Mahmudov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, Ağdam rayonu ərazisində tələbatın yüksək olacağını nəzərə alaraq, "Azərenerji" ASC tərəfindən 2 ədəd 110 kilovoltluq yarımstansiya tikilir. Hal-hazırda işlər davam edir. 

© Sputnik / Emin Alisahib“Ağdam-1” yarımstansiyasının inşası
İşğaldan azad olunan rayonlar necə idarə ediləcək? - Sputnik Azərbaycan, 1920, 06.07.2021
“Ağdam-1” yarımstansiyasının inşası

"Bundan əlavə, 110 kilovoltluq Xındırıstan yarımstansiyasından 40 kilometr uzunluqda xətt çəkilir. Xətt üzrə də işlər davam etməkdədir. Arxa fonda siz "Ağdam-2" yarımstansiyasını görürsünüz. Bu, yarımstansiyanın idarəetmə binasıdır. Hazırda burada işlər sürətlə davam edir. Yəqin ki, yaxın müddətdə bu yarımstansiyanın istismara verilməsi gözlənilir", - o deyib.

Hazırda  “Ağdam-1” yarımstansiyasında işlər sürətlə aparılır. “Ağdam-2” yarımstansiyasında isə artıq işlərin böyük hissəsi yekunlaşıb. Müsahibimiz əlavə edir ki, hər iki yarımstansiyanın, eləcə də Qarabağın Regional İdarətmə Mərkəzinin tikintisinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılıb: "Qarabağ regionunda digər rayonlarda da - Zəngilan, Qubadlı, Cəbrayılda 110 kilovoltluq yarımstansiyaların tikintisi hal-hazırda da davam etdirilir. Laçın rayonunda yeni yarımstansiyanın tikintisi üçün layihə sənədləri, demək olar ki, yekunlaşıb. Yaxın günlərdə artıq bu işlərin də icrasına başlayacağıq". 

© Sputnik / Emin AlisahibMuxtar Mahmudov
İşğaldan azad olunan rayonlar necə idarə ediləcək? - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Muxtar Mahmudov

Müsahibimiz onu da əlavə etdi ki, bunlarla yanaşı, ölkə başçısının tapşırığına əsasən, "Azərenerji" ASC tərəfindən  yaşıl enerji zonalarının inkişafı istiqamətində də müvafiq işlərin icrasına başlanılıb: "Laçın rayonunun Güləbird kəndi ərazisində 8 meqaVatt gücündə kiçik su-elektrik stansiyası bərpa olunub. Ölkə başçısının iştirakı ilə istismara verilib".

"Azərenerji" ASC-nin rəsmisi həmçinin bildirdi ki, 4,8 meqaVatt gücündə “Suqovuşan 1” və 3 meqaVatt“ Suqovuşan 2” Kiçik Su Elektrik stansiyaları istismara hazır vəziyyətə gətirilib. 

© Sputnik / Emin Alisahib“Ağdam” yarımstansiyasının inşası
İşğaldan azad olunan rayonlar necə idarə ediləcək? - Sputnik Azərbaycan, 1920, 06.07.2021
“Ağdam” yarımstansiyasının inşası

Qeyd edək ki, mayda Şükürbəyli və Şuşa yarımstansiyaları, ötən ay isə ölkə başçısı İlham Əliyevin də iştirakı ilə Füzuli yarımstansiyası istismara verilib.

Xəbər lenti
0