CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sovet stereotipi qırıldı - "Kinooperator" sözü ləğv olundu

© Sputnik / Murad OrujovВстреча серебряного призера Олимпийских игр Токио-2020 Рафаэля Агаева в аэропорту Гейдара Алиева
Встреча серебряного призера Олимпийских игр Токио-2020 Рафаэля Агаева в аэропорту Гейдара Алиева - Sputnik Azərbaycan, 1920, 26.08.2021
Abunə olmaq
Gildiya rəhbəri: Audiovizual əsərlərin yaradılmasında onun təsvir həllinə və bu həllin bədii formada daşıyıcılara həkk olunmasına məsuliyyət daşıyan yaradıcı peşə sahibinin "təsvir rejissoru" adlandırılmasını məqsədəuyğun hesab edilməlidir.
BAKI, 25 avqust — Sputnik. Azərbaycan Kinorejissorlar Gildiyasının İdarə Heyəti, kinooperatorların Sovet dövründən qalmış "kinooperator" peşə adının "təsvir rejissoru" adı ilə əvəz olunması ilə bağlı, peşəkarlar tərəfindən daxil olmuş çoxsaylı müraciətlərə əsasən araşdırmalar aparıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Professional Rejissorlar Gildiyasının rəhbəri Şahirə Tacəddin məlumat verib.
Onun sözlərinə görə, qərara gəlinib ki, "operator" (latın) sözünün etimalogiyası, hər-hansı bir işi görən, işlək mənasını daşıdığından, audiovizual əsərin təsviri ilə bağlı yaradıcı proseslərin rəhbəri olan və ona məsuliyyət daşıyan peşənin – "quruluşçu kinooperatorun" (bədii filmdə və tv seriallarda), kinooperatorun (sənədli və tv filmlərində) yaradıcı xarakterini və funksiyasını əks etdirmir:
""Operator" sözünün mənasının ümumi və unversal xarakter daşıdığından, məsələn - avtooperatoru, qazoperatoru, radiooperator, rabitəoperatoru, turoperatoru, kompüter operatoru və s. 100-dən artıq peşə adlarının mövcudluğu, audiovizual sahənin inkişafında önəmli yer tutan bu peşənin nüfuzuna xələl gətirmək ehtimalını yaradır və belə bir vacib sənətin əhəmiyyətini azaldır".
Şahirə xanım onu da əlavə edib ki, bütün bunları nəzərə alaraq, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyəti, Gildiyanın Kinooperator bölməsinin - bu sahənin peşəkarlarının təklifini qəbul etsinlər. Qrum rəhbərinin sözlərinə görə, bu təklif 2 Avqust Milli Kino günündə sözügedən peşə sahiblərinin özləri tərəfindən gəlib.
Audiovizual əsərlərin yaradılmasında onun təsvir həllinə və bu həllin bədii formada daşıyıcılara həkk olunmasına məsuliyyət daşıyan yaradıcı peşə sahibinin "təsvir rejissoru" adlandırılmasını məqsədəuyğun hesab edilməlidir:
"Bununla bağlı audiovizual sahədə fəaliyyət göstərən bütün ictimai təşkilatlara, özəl qurumlara, dövlət idarə və müəssisələrinə bu təklifi və onun praktiki istifadəsinin dəstəklənməsi məqsədi ilə müraciət ünvanlandırılmalıdır. "Kinoopertor" sözü Sovet dönəminin stereotipi idi. Baxın xarici ölkələrə - Türkiyə, Amerika, Gürcüstan və digər ölkələrdə bu söz işlənmir. Biz də çalışdıq ki, stereotipi qıraq".
Həmçinin oxuyun:
Gənc kinorejissorların filmləri niyə efir üzünə həsrət qalıb?
 
Xəbər lenti
0