"Neftçi" avrokuboklara darmadağınla vida etdi
23:04 26.08.2021 (Yenilənib: 00:02 17.11.2021)
© Photo : Facebook / Neftçi PFKИгровой момент в матче "Нефтчи" и "Маккаби Хайф"
© Photo : Facebook / Neftçi PFK
Abunə olmaq
“Neftçi” Çempionlar Liqasında Tbilisi “Dinamo”sunu (2:1, 2:1) keçdikdən sonra “Olimpiakos”a (0:1, 0:1), Avropa Liqasında isə HİK-ə (2:2, 0:3) uduzub.
BAKI, 26 avqust - Sputnik. Azərbaycan çempionu “Neftçi” avrokuboklarla vidalaşıb.
Sputnik Azərbaycan apasport.az saytının məlumatına görə, Bakı klubu mübarizəni Konfrans Liqasının pley-off mərhələsində dayandırıb.
Bunadək Çempionlar Liqası və Avropa Liqasına vida edən Samir Abasovun yetirmələri qitənin 3-cü dərəcəli klub turnirində də uğursuzluqla üzləşiblər. Paytaxt təmsilçisi İsrail “Makkabi”sini keçə bilməyib.
Bakıda 3:3 hesablı məhsuldar heç-heçə oynayan rəqiblərin Hayfadakı duelinin taleyi artıq ilk 45 dəqiqədə həll olunub. “Makkabi” 2 qol vuraraq fasiləyə üstün yollanıb.
İlk yarıda olduğu kimi ikinci hissədə də meydan sahibləri öz oyununu diqtə ediblər. Fərqi artırmağa müvəffəq olan hayfalılar böyükhesablı qələbə qazanıblar. Bu, “Neftçi”nin səfərdə üzləşdiyi ardıcıl ikinci biabırçı darmadağındır.
Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasında Tbilisi “Dinamo”sunu (2:1, 2:1) keçdikdən sonra “Olimpiakos”a (0:1, 0:1), Avropa Liqasında isə HİK-ə (2:2, 0:3) uduzub.
Konfrans Liqası
Pley-off mərhələsi
Cavab oyunu
26 avqust
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Neftçi” (Azərbaycan) - 4:0
Qollar: Sun Menaşem, 20, Omer Atzili, 45+2, Dolev Haziza, 53 (pen.), Abu Fani, 69
Baş hakim: Aleksandar Stavrev (Şimali Makedoniya)
Hayfa. “Sammi Ofer” stadionu
İlk oyun – 3:3
Pley-off mərhələsi
Cavab oyunu
26 avqust
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Neftçi” (Azərbaycan) - 4:0
Qollar: Sun Menaşem, 20, Omer Atzili, 45+2, Dolev Haziza, 53 (pen.), Abu Fani, 69
Baş hakim: Aleksandar Stavrev (Şimali Makedoniya)
Hayfa. “Sammi Ofer” stadionu
İlk oyun – 3:3
Eləcə də oxuyun:
Azərbaycan futbol yığmasının heyəti açıqlanıb
Ronaldu "Yuventus"u tərk edir - öz xoşu ilə
Futbolçularımız xarici klublarda niyə özünü doğrulda bilmir? – Sənan Şəfizadənin şərhi