https://sputnik.az/20210825/Rusiya-v-in-liderlri-fqanstana-dair-razla-gldi-427774052.html
Rusiya və Çin liderləri Əfqanıstana dair razılığa gəldi
Rusiya və Çin liderləri Əfqanıstana dair razılığa gəldi
Sputnik Azərbaycan
Putin və Si Cin Pin Şanxay Əməkdaşlıq Təşkilatının Potensialının maksimum şəkildə istifadəsinə dair razılığa gəliblər. 25.08.2021, Sputnik Azərbaycan
2021-08-25T17:38+0400
2021-08-25T17:38+0400
2021-11-16T20:29+0400
xəbərlər
siyasət
dünya
https://cdnn1.img.sputnik.az/img/41570/64/415706403_0:0:3034:1708_1920x0_80_0_0_700c21daa8a527537e158f784e22fe5e.jpg
BAKI, 25 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Çinin sədri Si Cin Pin Əfqanıstandakı vəziyyət müzakirə edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, tərəflər arasında telefon danışığı baş tutub.Bildirilir ki, tərəflər Əfqanıstandakı vəziyyəti müzakirə edərkən qeyri sabitliyin qonşu regionlara keçməsinin yolverilməzliyini vurğulayıblar.Putin və Si Cin Pin Şanxay Əməkdaşlıq Təşkilatının Potensialının maksimum şəkildə istifadəsinə dair razılığa gəliblər.Qeyd olunur ki, Moskva və Pekin Əfqanıstandan qaynaqlanan terror təhlükələri və narkotik ticarəti ilə mübarizəni gücləndirməyə hazırdır.Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.* Taliban Rusiyada qadağan olunmuş terror təşkilatıdır.Həmçinin oxuyun:Rusiya və Çinin strateji təlimləri: amerikalılara və taliblərə atəşin salamlar
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41570/64/415706403_252:0:2983:2048_1920x0_80_0_0_233f738ac41277ff3e28e04e633c783f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Rusiya və Çin liderləri Əfqanıstana dair razılığa gəldi
17:38 25.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Putin və Si Cin Pin Şanxay Əməkdaşlıq Təşkilatının Potensialının maksimum şəkildə istifadəsinə dair razılığa gəliblər.
BAKI, 25 avqust — Sputnik. Rusiya Prezidenti
Vladimir Putin və Çinin sədri
Si Cin Pin Əfqanıstandakı vəziyyət müzakirə edib.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, tərəflər arasında telefon danışığı baş tutub.
Bildirilir ki, tərəflər Əfqanıstandakı vəziyyəti müzakirə edərkən qeyri sabitliyin qonşu regionlara keçməsinin yolverilməzliyini vurğulayıblar.
Putin və Si Cin Pin Şanxay Əməkdaşlıq Təşkilatının Potensialının maksimum şəkildə istifadəsinə dair razılığa gəliblər.
Qeyd olunur ki, Moskva və Pekin Əfqanıstandan qaynaqlanan terror təhlükələri və narkotik ticarəti ilə mübarizəni gücləndirməyə hazırdır.
Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
* Taliban Rusiyada qadağan olunmuş terror təşkilatıdır.