23:31 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
TƏHLİL
Qısa URL
33 0 0

Quru qüvvələri ilə birlikdə çoxməqsədli döyüş təyyarələrinin birgə istifadəsi – Rusiya və Çinin hərbi manevrlərində yeni mərhələdir və ABŞ-la NATO-nun Qara dəniz və Şərqi-Çin regionlarındakı hərbi təxribatlarına adekvat cavabdır.

Rusiya Federasiyası və Çin Xalq Respublikasının (ÇXR) birgə hərbi manevrlərinin çoxillik praktikası bu həftə strateji müstəviyə keçdi. On üç minə yaxın hərbi qulluqçu və təxminən 500 vahid hərbi texnika avqustun 9-dan 13-ə kimi ÇXR-in Ninsya-Huey muxtar rayonundakı "Tsintunsya" poliqonunda iki ölkənin operativ-strateji təlimlərinə cəlb olundu. Təlimdə Rusiyanı operativ-taktiki aviasiya dəstəsi, motoatıcı birləşmələrin şəxsi heyəti və idarəetmə aparatı təmsil edir. Çin isə hərbi-hava qüvvələri və quru qoşunları ilə təmsil olunur.

"Qərb/Qarşılıqlı Əlaqələr-2021" manevrlərinin başlanğıcında rusiyalı hərbi qulluqçular çinli instruktorların iştirakı ilə təkərli tankların və Çin Xalq Qurtuluş Ordusunun zirehli hücum maşınlarının standart silahlarından atəş açdılar. "Tsintunsya" poliqonunda Rusiyanın motoatıcı birləşmələri general-leytenant Mixail Nosulovun komnadanlığı altında əksər hədəfləri zərərsizləşdirdilər.

Rusiya hərbi birləşmələri, eyni zamanda, helikopterlərdən eniş üsulu ilə desant atışlarında da iştirak ediblər. Təlimin gedişatında stanadart silahlandırılmış hərbi qulluqçular bələd olmadıqları rayonda uçub gəlmə və eniş hərəkətlərini yerinə yetiriblər. Dərə-təpəli ərazidə çox kilometrli yürüş reallaşdıraraq müasir müşahidə və kəşfiyyat alətləri, əl pulemyotları, snayper tüfəngləri və AK-12 avtomatlarından istifadə edərək qarşılarına qoyulan tapşırıqları yerinə yetiriblər.

Aviasiya eskadrilyası iki ölkənin çoxməqsədli qırıcılarının tərkibində İnçuan aerodromundan uçaraq bombalarla yerüstü hədəflərə zərbələr ediriblər. Bununla yanaşı, Rusiyanın Su-30SM qırıcı heyətləri və Çinin Dzyan-11 və Dzyan-7 qırıcılarının pilotları tapşırıqların bütün diapazonu boyunca uğurla birgə hərəkət ediblər.

Maraqlar və hədəflər üst-üstə düşəndə

"Qərb/Qarşılıqlı Əlaqələr-2021" təlimləri rəsmi olaraq hər-hansı bir üçüncü ölkənin əleyhinə yönəlməyib. Bununla belə, poliqonun, qoşunların və hərbi qüvvələrin, qarşılıqlı əlaqə strategiyalarının – çoxmənalı heroqliflərin – seçimi Çin "müharibə sənəti"ində qətiyyən təsadüfi deyil. RF və ÇXR-in "Tsintunsya" poliqonundakı birgə qoşun qruplaşmalarının imkanları Qərb istiqamətində olduğu kimi Şərq yönündə də "qüvvələrin proyeksiyasına" şərait yaradır.

Rusiya və Çin qırıcı aviasiyasının yerləşdiyi İnçuan aerodromu Kabil və Tokioya bərabər məsafədə – təxminən 3000 kilometr uzaqlıqda yerləşir ki, bu da praktik olaraq Su-30 SM qırıcılarının havada əlavə yanacaqdoldurmasına ehtiyac qalmadan uça biləcəyi məsafə ilə üst-üstə düşür.

Rusiya Çindəki təlimlərə Su-30SM-in 4++ nəslindən bir neçə qırıcı cəlb edib ki, bu da iki ölkənin hər növ hava qüvvələrinin döyüş hazırlığından xəbər verir. İki ölkənin birgə hərbi-dəniz və quru qoşunları təlimləri dəfələrlə keçirilib. Birgə eskadrilyalar əvvəllər patrul zamanı yalnız dəniz üzərində uçurdular. Quru qüvvələri ilə birlikdə çoxməqsədli döyüş təyyarələrinin birgə istifadəsi – Rusiya və Çinin manevrlərində yeni mərhələdir və ABŞ-la NATO-nun Qara dəniz və Şərqi-Çin regionlarındakı hərbi təxribatlarına adekvat cavabdır.

Su-30SM çoxfunksiyalı qırıcısı idarə olunan təkan vektorlu mühərriklər və ön üfüqi qanadla təchiz edilib. Hava RLS-i 140 km məsafədə düşmən təyyarələrini aşkar etməyə, eyni zamanda, 15 -dən çox hava hədəfini izləməyə, prioritetləri seçməyə və 100 km-ə qədər məsafədə atəş açmağa imkan verir.

Qırıcı havada üstünlük qazanmaq, hava, yer və dəniz hədəflərini, düşmən aerodromlarını 285 km-ə qədər uçuş məsafəsinə malik müxtəlif növ yüksək dəqiqlikli hava-yer raketləri ilə məhv etmək üçün nəzərdə tutulub.

Çinin Dzyan-11 (J-11Dd) qırıcısı Rusiyanın Su-35S qırıcısına ekvivalent hesab olunur. Təxminən 15 tona kimi arsenalı havaya qaldırmağa qadirdir, J-11D döyüş radiusu isə Su-30SM-dən heç də geri qalmır.

Həm regional səviyyəli (Əfqanıstandakı müharibə), həm də qlobal miqyaslı (RF və ÇXR-in 2030-cu ilə qədər ABŞ və NATO-nun əsas hərbi rəqibi elan olunması) təhdidlərlə üz-üzə qalındığı bir vaxtda Rusiya və Çinin hərbi gücünün, xüsusən də, zərbə aviasiyasının texnoloji və strateji inteqrasiyası mümkün və vacibdir. Bu mürəkkəb mexanizmi biz Çinin "Tsintunsya" poliqonunda müşahidə edirik.

"Taliban"* və ABŞ-ın mövqeyi

Mərkəzi Asiya və Çində keçirilən birgə təlimlərin aktuallığını Əfqanıstandan hərbi əməliyyatlarla bağlı gələn məlumatlar da təsdiqləyir. Taliblər sərhədlərə və ölkənin nəqliyyat magistralına nəzarət strategiyasından inzibati mərkəzlərin zəbt olunmasına keçiblər. Ötən həftəsonu onlar Qunduz, Sari-Pul, Cuzcan, eləcə də, Nimroz (İranla sərhəddə) şimal əyalətlərinin paytaxtını ələ keçirdilər. Bu vəziyyət Mərkəzi Asiya ölkələrini ən azından terrorçuların hakimiyyəti zorla ələ keçirməsi ilə razılaşmayan minlərlə əfqan qaçqını ilə üz-üzə qalması deməkdir.

Şəhərlərin zəbt edilməsi vahid ssenari üzrə həyata keçirilir: Taliban Amerika istehsalı olan və qənimət kimi ələ keçirilmiş "Humvee" zirehli maşınlarında əsas istiqamətlərdən şəhərə yaxınlaşır, hökumət qüvvələrinin təchizatına maneə törədir, qaçış yollarını tutur, sonra 3-4 istiqamətdən şəhərə daxil olur və ərazini mobil dəstələrlə nəzarət zonalarına bölürlər. Bundan sonra müqavimət ocaqlarını "təmizləməyə" başlayırlar. Bu zaman əfqan ordusu mühasirədəki birləşmələrin köpməyinə çatmır və ya buna imkan tapa bilmir.

Taliban yalnız əyalət mərkəzlərini ələ keçirməklə qalmır, düşmənlərini və opponentlərini güllələyir, Kabilin məğlub olmasından sonra isə əsas əfqan siyasətçilərini cəzalandırmaqla hədələyirlər.

"Taliban"nın Tacikistan və Çinlə həmsərhəd Bədəxşən əyalətində aktivləşməsi Pekini bu istiqamətdə daha fəal və sərt siyasət yürütməyə vadar edir. Pentaqon isə əvvəlki kimi taliblərin mövqelərini strateji B-52 bombardımançıları ilə "sığallayır"

2020-ci ilin fevralında Dohada ABŞ-la sülh müqaviləsi imzalamış taliblərin incikliyini təsəvvür etmək olar. Lakin Vaşinqtonun özünün, bəzi paradoksal geosiyasi prioritetləri və hərbi-siyasi ümidləri var. ABŞ HHQ qərargah rəisi general Çarlz Braun avqustun 6-da hərbi-hava qüvvələri Çindən geri qalmamaq üçün kifayət qədər sürətlə dəyişməzsə, faciəvi nəticələr olacağını deyib. General qeyd edib ki, ABŞ HHQ Çinə qalib gəlmək üçün imkanlarını düzgün qiymətləndirməlidir.

Aydındır ki, ABŞ-ın planlarına görə planetdə sülh nəzərdə tutulmayıb. Əfqanıstan "dünya şəri"nə qarşı qlobal döyüşdə sadəcə bir epizoddur. Pentaqonun məlumatına əsasən, Çin ABŞ-ın havadakı üstünlüyünü 2035-ci ildə keçə biləcək. ABŞ HHQ-nin yenilənməsi baş vermir, son 27 il ərzində cəmi dörd yeni qırıcı hazırlanıb. Qeyd edək ki, ABŞ qırıcılarının havadakı üstünlüyünə dair şayiələr çox şişirdilib, Çin isə çox sürətlə QBR-lər üçün 100 yeni şaxta tikib. Termonüvə münaqişəsində havadakı istənilən üstünlük mənasını itirir. Amerikalıların gələcək döyüşlərə hazırlığı fonunda, Rusiya və Çinin mövqeləri və qoşunları qanunauyğun olaraq yaxınlaşır, bütün döyüş tətbiqi mühitində birgə təlimlər iki ölkənin müdafiə qabiliyyətində sinerji inkişafını təmin edir. Moskva və Pekinin hərbi əməkdaşlığına dair müqavilə yaranmış obyektiv reallığı dəyişməyəcək. RF və ÇXR-in qlobal strateji sabitliyin möhkəmləndirilməsinə və strateji qarşılıqlı əlaqənin inkişafına dair 2019-cu il 5 iyun bəyanatları (http://kremlin.ru/supplement/5413) iki ölkənin onilliklər üçün hərbi-siyasi kursunu müəyyən edirlər.

*Rusiyada qadağan olunmuş terror qruplaşması

Əsas mövzular