Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

35 min müəllim əyani tədrisə buraxılmaya bilər

© Sputnik / Murad Orujov20 nömrəli məktəbdə tədris prosesi
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan, 1920, 25.08.2021
Koronavirus pandemiyası dövründə sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər. Paytaxt üzrə 37 məktəbdə təhsil işçilərinin 90 faizindən çoxu vaksinasiyadan keçib.
BAKI, 25 avqust — Sputnik. Yeni tədris ili yaxınlaşdıqca pandemiya dövründə təhsil müəssisələrində tətbiq ediləcək qaydalar daha çox müzakirə mövzusuna çevrilir. Ötən gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı məhdudiyyətlər olacaq, amma hələ ki, onlar açıqlanmır:
"Hələlik bunlar müzakirə mərhələsindədir. Pasportu olan şəxslər isə rahat tədrisə cəlb olunacaqlar. Çünki onlar digər şəxslərə risk yaratmayacaqlar".
Sputnik Azərbaycan peyvənd olunmayan müəllimlərin əyani tədris prosesindən kənarda saxlanılmasının təhsilin keyfiyyətinə təsirini araşdırıb.
Təhsil eksperti Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tədris prosesinə cəlb olunan müəllimlərin vaksinasiyası vacib şərtdir. Ekspert burada ən vacib amilin təhsilin keyfiyyəti yox, sağlamlıq olduğunu söyləyir:
"Azərbaycanda hər iki ailədən biri məktəblə bağlıdır. Ölkə üzrə 4447 məktəbdə 150 min müəllim çalışır. Əgər əyani tədrisə cəlb olunan müəllimlər peyvənd olunmayıblarsa bu həm cəmiyyətin, həm də müəllim və şagird kontingentinin həyatı üçün riskdir. Müəllimlər təhsilin keyfiyyətli olmasında maraqlıdırlarsa vaksin olunmalıdırlar. Çünki, tədrsin keyfiyyəti qədər insanların sağlamlığı da önəmlidir. Əgər sağlamlıq yoxdursa təhsil də olmayacaq", - deyə K.Əliyev bildirib.
K.Əliyev bu məsələdə orta məktəblərlə müqayisədə ali məktəblərdə ciddi fərq olduğunu söyləyir. Onun sözlərinə görə, ali məktəblərdə müəllim heyəti arasında vaksinasiya yüksək səviyyədədir. Risk qrupu sayılan müəllimlər də peyvənd olunub.
Qeyd edək ki, təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, əks-göstəriş arayışı olan 35 minə yaxın təhsil işçisi, yəni onların 23,3%-i vahid əks göstəriş sertifikatı almaq üçün müraciət edib. Nazir müşaviri qeyd edib ki, ənənəvi təhsilə qayıtmaq üçün təhsil işçiləri nazirliyə dəstək olmalıdırlar, bunun da yolu vaksinasiyadır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, paytaxtda təhsil işçilərinin 26 486 nəfəri vaksinasiya prosesinə qoşulub:
"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi davam edir. Bütün bunlar ənənəvi tədrisə davamlı keçid üçün həyata keçirilən zəruri tədbirlərin tərkib hissəsidir. Koronavirus pandemiyası dövründə sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər. Qeyd edək ki, paytaxtın Pirallahı, Xəzər, Binəqədi, Nəsimi, Sabunçu, Yasamal və Suraxanı rayon məktəbləri vaksinasiyanı nümunəvi həyata keçirən təhsil müəssisələri sırasındadır. Paytaxt üzrə 37 məktəbdə təhsil işçilərinin 90 faizindən çoxu vaksinasiyadan keçib".
Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, respublika üzrə təhsil işçilərinin 220 min nəfərindən 140 minə yaxınına koronavirus əleyhinə peyvəndin hər iki dozası vurulub. 34 mindən çoxu isə əks göstərişlə bağlı arayış təqdim edib.
C.Valehov ali təhsil müəssisələrində çalışan müəllimlərin vaksinasiyasının isə Nazirlər Kabinetinin qərarı ilə tənzimləndiyini bildirib.
Həmçinin oxuyun:
Vaksinə əks göstəriş sertifikatını kimlər, necə əldə edə bilər?
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала