Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kef üstündən kefimizi gəldi, sordu... polislər: açıq havada "oturmaq" üçün sənəd gərəkdir?

© Sputnik / Murad OrujovБаку после смягчения карантина
Баку после смягчения карантина - Sputnik Azərbaycan, 1920, 24.08.2021
Azərbaycanda yay fəsli bir qayda olaraq payızın üçüncü ayınadək davam edir. Bu müddətdə restoran-kafeyə baş çəkənlər isə açıq havada oturmağa üstünlük verirlər. Ancaq bir əmma var: onlardan da COVID pasportu tələb olunacaq?
BAKI, 24 avqust — Sputnik. Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna malik olduğu halda istifadə edə biləcəklər. Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.
Maraqlıdır, açıq havada fəaliyyət göstərən kafe, restoran, şadlıq evlərinə giriş üçün COVID-19 vaksini tələb olunacaqmı?
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bu məsələyə aydınlıq gətirib.
E.Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün hallarda müvafiq olaraq vergi qeydiyyatında olan kafe, restoran, şadlıq evi, bu və ya digər baxımdan ictimai iaşə obyektlərinə giriş üçün COVID-19 pasportu, yaxud immunitet sertifikatının olması vacibdir:
"1 sentyabr tarixindən 1-ci doza, 1 oktyabr tarixindən isə 2-ci doza üzrə COVID-19 pasportu tələb olunacaq. Bütün vətəndaşları – hüquqi, fiziki və vəzifəli şəxsləri bu qayda və tələblərə ciddi əməl etməyə çağırırıq. Nə qədər ki bu infeksiya ilə bağlı qabaqlayıcı tədbirlər qüvvədədir, hər bir vətəndaşın borcudur ki, bu qayda və tələblərə əməl etsin. Bu, həm də bizim sosial məsuliyyətimizdən irəli gələn məsələdir. Koronavirus infeksiyasına qarşı mübarizədə hər bir vətəndaş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan norma və qaydaların tam həcmdə həyata keçirilməsinə öz töhfəsini verməlidir".
Bir neçə şadlıq evi ilə də əlaqə saxladıq.
Məşhur restoranlardan birindən bildirildi ki, onlar da bu qayda və tələblərdən xəbərdardırlar: "Ümumiyyətlə, məkanın açıq və ya qapalı olmasından asılı olmayaraq qanunvericiliklə şəxsdən ictimai iaşə obyektinə daxil olarkən COVID-19 pasportu, immunitet sertifikatı tələb olunmalıdır. Lakin hələlik "ASAN Xidmət"in yeni istifadəyə veriləcək sistemi aktivləşməyib ki, biz gələn müştərilərin sənədlərinin olub-olmamasını yoxlaya bilək. Biz restoran sahibi olaraq bu sənədləri tələb edəcəyik".
Digər şadlıq evindən isə bildirilib ki, hazırda da yoxlanışlar davam edir:
"Yəni adam sayı çox olan tədbirlərimiz monitorinq edilir. Düzdür, hazırda Məhərrəm ayıdır, çoxsaylı qonağın iştirakı ilə tədbirimiz olmur. Ümumiyyətlə, demək olar ki, avqustun 9-dan etibarən böyük bir tədbirimiz yoxdur. Heç maraqlanan da yoxdur. Xəstəlik çox yayıldığı üçün camaat da özünü gözləyir".
Qeyd olunub ki, onlar üçün qoyulan əsas tələblərdən biri də sosial məsafənin saxlanılmasıdır. Açıq havada maska tələbinə gəldikdə isə, onlar belə bir tələbin olmadığını bildirirlər: "Qonaqlardan açıq havada maska tələb olunmasa da, işçilərimiz açıq havada da maska taxırlar".
Qonaqların daha çox açıq və qapalı məkanda oturmağa üstünlük vermələrinə gəldikdə isə restorandan bildirilib ki, Məhərrəm ayınadək havalar isti olduğundan müştərilər daha çox qapalı məkanda oturmağa üstünlük verirdilər".
Digər restoran sahibi isə: "Tədbirlərin keçirilməsinə icazə verildi, amma bu icazə verilməsəydi, daha yaxşı olardı", - deyə əlavə edib. O, bu fikrini yoxlamaların çox olması ilə izah edir: "Onları da qınamıram, işləridir. Amma istər-istəməz müştəri sayı azalır. Yenə də bu günümüzə şükürlər olsun, yola verə bilirik".
Eləcə də oxuyun:
Bu müəllimlərlə bağlı polisə müraciət ediləcək - Nazir müşaviri
Sənət adamları Operativ Qərargahın qərarına üsyan etdilər: Çörçili yada salan da var
Valideynlər mütləq vaksin olunmalıdırlar? - TƏBİB və BŞTİ-dən cavab
Karantin toylarının olmazsa, olmazı: ən çox hansı qaydalar pozulur
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала