CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beynəlxalq film festivalında azərbaycanlı münsiflər heyətinin sədri oldu

© Claudio Furlan / LaPresse via APЛюди сидят в кинотеатре, фото из архива
Люди сидят в кинотеатре, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.08.2021
Abunə olmaq
Festivalın münsiflər heyətinin sədri Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist və prodüser Elçin Musaoğlu təyin edilib.
BAKI, 24 avqust — Sputnik. Azərbaycanlı rejissor Rüfət Həsənovun "Daxildəki ada" filmi XVII Kazan müsəlman kinosu festivalının müsabiqədənkənar "Türk dünyası" proqramına daxil edilib. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən rejissorun sözlərinə görə, Kazan müsəlman kinosu festivalı 5-10 sentyabrda Tatarıstan paytaxtında keçiriləcək.
Xatırladaq ki, ötən il rejissor Rüfət Həsənovun çəkdiyi "Daxildəki Ada" filmi Sarajevo Film Festival-ın əsas müsabiqə proqramına müstəqil Azərbaycanın ilk tammetrajlı bədii filmi olaraq seçilmişdi. Filmin rejissoru "Әn yaxşı rejissor" nominasiyasında qalib seçilmişdi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən, "Azərbaycanfilm", "Debüt" film studiyası, "Arizona Productions", "Coyote Cinema" və "Mandarin Agency"-nin birgə istehsalı olan "Daxildəki ada" bədii filminin mövzusu dünyanın qabaqcıl şahmat qrossmeysterlərindən biri olan qəhrəmanın özünü kəşf etmək məqsədilə adaya gizlincə yola düşməsi üzərində qurulub. Filmin süjetinə əsasən, dünyanın ən güclü qrossmeysterlərindən biri Seymur Tahirbəyov həyatının çətin günlərini yaşayır. Mühüm qarşılaşma öncəsi o, yalnız bir nəfərin yaşadığı adaya gedir. Filmdə Azərbaycanın Xalq artistləri Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov, həmçinin Orxan Ata və Elvin Adıgözəl kimi aktyorlar çəkiliblər.
Qeyd edək ki, festivalın münsiflər heyətinin sədri Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist və prodüser Elçin Musaoğlu təyin edilib. Həmçinin, Elvin Adıgözəlin "Biləsuvar" filmi "Tammetrajlı bədii filmlər", Daniel Quliyevin "Bastard" kinolenti isə "Qısametrajlı bədii filmlər" kateqoriyasında müsabiqə proqramına qatılıb.
Məlumat üçün bildirək ki, Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalı 2005-ci ildən Tatarıstan Respublikasının paytaxtında yaranıb. İlk festival Tatarıstan Respublikası prezidentinin dəstəyi ilə Rusiya Müftilər Şurası, Rusiya Mədəniyyət və Kinematoqrafiya Federal Agentliyi, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yaradılıb.
Eləcə də oxuyun:
Şuşa haqqında çəkilən bədii-sənədli filmə onlayn baxış keçirilib
Sənət adamları Operativ Qərargahın qərarına üsyan etdilər: Çörçili yada salan da var
Gənc kinorejissorların filmləri niyə efir üzünə həsrət qalıb?
Budəfəki "Animafilm" festivalı çox fərqli olacaq
Xəbər lenti
0