Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ronaldu "Yuventus"u tərk edir - öz xoşu ilə

© AFP 2021 / MIGUEL MEDINAКриштиану Роналду, фото из архива
Криштиану Роналду, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.08.2021
Fabrisio Romanonun iddiasına görə, bunu baş məşqçidən Ronaldu özü xahiş edib. Bildirlir ki, futbolçu özü bir çıxış yolu taparaq getməyi düşünür. 
BAKI, 22 avqust - Sputnik. Bu ilin may ayında yenidən İtaliyanın "Yuventus" klubuna baş məşqçi gələn Massimiliano Alleqri bazar günü "Udineze"yə qarşı oyunda klubun portuqaliyalı ulduzu Kriştianu Ronaldunu ehtiyat skamyasında saxlayıb. 
Sputnik Azərbaycan "Mundo Deportivo"ya istinadən bildirir ki, transferlər üzrə ixtisaslaşmış idman jurnalisti Fabrisio Romanonun iddiasına görə, bunu baş məşqçidən Ronaldu özü xahiş edib. Bildirlir ki, futbolçu özü bir çıxış yolu taparaq getməyi düşünür. 
İş burasındadır ki, Turin klubu hələ müqavilə müddəti bitməmiş (daha bir ili var - red.) 36 yaşlı futbolçu ilə bağlı heç bir klubdan yeni təklif almayıb. Bu günlərdə xəbər yayılıb ki, klubun rəhbərliyi portuqaliyalı hücumçunu satmaq variantlarını araşdırır. Səbəb kimi klubun qarşılaşa biləcəyi maliyyə çətinlikləri göstərilir. İllik gəliri 31 milyon avro olan hücumçunun klubu tərk etməsi komandanın əməkhaqqı məsrəflərini xeyli azalda bilər.
Məsələ ilə bağlı Ronaldu səssizliyi qorumağı və hörmət göstərməyi xahiş etsə də "ağ-qaralar"la qalıb-qalmayacağına dair dəqiq açıqlama verməyib.
Eləcə də oxuyun:
"Yuventus" Ronaldunu satmaq barədə düşünür
Azərbaycan-Portuqaliya oyununun biletləri satışa çıxarılır
Lionel Messi haqqında yeni iddia
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала