Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adı ilə insanı valeh edən məkan - sirlərlə dolu "Qızılgül təpələri"

© Sputnik / Leyla AbdullayevaQızılgül təpələri
Qızılgül təpələri - Sputnik Azərbaycan, 1920, 22.08.2021
"Qızılgül təpələri"nin şöhrəti qızılaxtaranların da qulağına çatıb: tarixi abidəni yağmalamağa çalışanlar oradakı artefaktları sındırıb, zədələyiblər. Abidədə arxeolji qazıntılar barədə Sputnik Azərbaycan-ın məqaləsində.
BAKI, 22 avqust — Sputnik. Qusar qədim tarixə malik rayonlarımızdandır. Amma nədənsə buranın tarixini öyrənmək, arxeoloji qazıntılar aparmaq unudulub. Buna görə də Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qusar ekspedisiyası rayonun Bədirqala kəndində yerləşən "Qızılgül təpələri"ndə maraqlı arxeoloji qazıntı işləri aparıb və bu günlərdə başa çatdırıb.
Bu barədə Sputnik Azərbaycan-a ekspedisiyanın rəhbəri, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev məlumat verib.
O, abidənin çox maraqlı və tariximizin tədqiqi baxımından əhəmiyyətli olduğunu vurğulayıb: “Mən ümumiyyətlə çalışıram ki, ən çox arxeoloji qazıntılar elə Qusarda getsin. Çünki burada öyrəniləcək çox mənbələr var. Buradakı abidənin kəşfi də təsadüfi deyil.
Hələ 1970-ci illərdə mərhum arxeoloq alim Cabbar Xəlilov bu abidədə kəşfiyyat xarakterli araşdırma aparıb və təpələrin orta əsrlər və ilk orta əsrlər dövrünə aid olması qənaətinə gəlib. Bizim ekspedisiya isə burada ilk dəfə arxeoloji qazıntı işləri apardı. Qazıntı zamanı mərhum həmkarımız Cabbar Xəlilovun "Qızılgül təpələri"nin ilk orta əsrlər dövrünə aid olması barədə aşkar etdiyi məlumatlar təsdiqini tapdı və bir ay ərzində biz burada maraqlı faktlar əldə edə bildik".
© Sputnik / Leyla Abdullayeva
Qızılgül təpələri - Sputnik Azərbaycan
1/3
© Sputnik / Leyla Abdullayeva
Qızılgül təpələri - Sputnik Azərbaycan
2/3
© Sputnik / Leyla Abdullayeva
Qızılgül təpələri - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
Qəhrəman Ağayevin sözlərinə görə, iki təpədən ibarət olan "Qızılgül təpələri"nin birində qazıntı işləri aparılıb.
“Biz bir ay ərzində dayanmadan iki təpədən ibarət olan "Qızılgül təpələri"nin birində qazıntı işləri apardıq. Tədqiq edilən 120 kvadratmetr ərazidə buranın qədim yaşayış sahəsi olduğunu müəyyən etdik. Qazıntı zamanı xeyli sayda maddi mənbələr əldə edə bildik. Bu da bizi çox sevindirdi. Beləliklə, burada xeyli sayda heyvan sümükləri, müxtəlif məişət əşyaları və keramika məmulatları tapıb analiz edilməsi üçün göndərdik. Bu qazıntı zamanı tapdıqlarımız buranın qədim tarixə malik olduğunu bir daha sübuta yetirdi. Araşdırma zamanı tapılan dörd quyudan birinin təndir, üçünün isə ərzaq saxlamaq üçün istifadə edilən təsərrüfat quyusu olduğu məlum oldu. Və belə qənaətə gəlinir ki, təsərrüfat quyularında əsasən buğda, ət və s. ərzaq saxlanılıb”, - deyə arxeoloq alim bildirib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri "Qızılgül təpələri" abidəsinin birinci təpəsinin əhəmiyyətindən də söz açıb. Onun sözlərinə görə, bura turizm üçün çox əhəmiyyətli olacaq:
”Bu abidə bir çox sahədə əhəmiyyətlidir. Buranın qədim yaşayış məskəni olması  bir daha sübuta yetirildi. Bundan başqa, həm də gələcəkdə bura turizm üçün çox əhəmiyyətli sayıla bilər. Abidənin yol kənarında olması turizm üçün əlverişli şərait yaradacaq”.
Onu da qeyd edək ki, Qəhrəman Ağayev təəssüflə qeyd edib ki, bir neçə il əvvəl qızılaxtaranlar bu abidəni qazıblar və indi sınıqları tapılmış tarixi əşyalar həmin səbəbdən yararsız hala düşüb: “Bu da tarixi dəqiqləşdirmək üçün çətinliklər yaradır. Əks halda, daha dolğun məlumat edə bilərdik”.
Alim söhbət əsnasında qeyd edib ki, bu məşhur abidə antik dövrə də aid ola bilər, çünki buradan həmin dövrə aid də keramika qalıqları tapılıb. Abidənin əhəmiyyətli və maraqlı olması baxımından burada geniş arxeoloji qazıntı işləri aparılması üçün Arxeologiya və Etnoqrafiya İnstitutu qarşısında məsələ qaldırılacaq.
Eləcə də oxuyun:
Qobustanın dünyada analoqu olmayan kəndi - Sündü
İslam irsimizi tanıyaq: İçərişəhər Cümə məscidi
Naftalanda təkcə müalicəvi neft deyil, həm də zəngin tarix yatırmış
Xəzər xaqanlığı xalqlarının oturaq həyat tərzini sübut edən faktlar aşkar olunub
Ermənilərin Qarabağdan talayıb Gürcüstanda satdıqları heykəlləri Azərbaycan pulla alıb
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала