https://sputnik.az/20210822/Kafe-v-restoranlarda-almadmz-xidmt-yapon-aparat-il-yoxlayrlar-427753047.html
Kafe və restoranlarda alışmadığımız xidmət: yapon aparatı ilə yoxlayırlar
Kafe və restoranlarda alışmadığımız xidmət: yapon aparatı ilə yoxlayırlar
Sputnik Azərbaycan
Patologiya aşkar olunmuş şəxslər müvafiq dövlət səhiyyə müəssisəsi ilə əlaqələndirilərək, lazımi digər müayinələrdən keçmələri tövsiyə olunur. 22.08.2021, Sputnik Azərbaycan
2021-08-22T21:15+0400
2021-08-22T21:15+0400
2021-11-17T00:02+0400
cəmiyyət
xəbərlər
səhiyyə
vərəm
müayinə
ictimai-iaşə obyekti
restoran
kafe
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42402/57/424025785_0:102:1001:667_1920x0_80_0_0_870a7f50ab47de892edf2e81189d1540.jpg
BAKI, 22 avqust - Sputnik. "Sağlamlığa Xidmət” İB vərəmin aşkarlanmasına dəstək məqsədilə ictimai iaşə müəssisələrində səyyar müayinələr həyata keçirir.Birlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dəstəyi və razılığı ilə kafe və restoran işçilərinin ağciyərlərinin səyyar rentgen müayinəsinin aparılmasına başlayıb. Müayinələr Yaponiya istehsalı, müasir, portativ və süni intellekt üstünlüyü olan rentgen qurğusu vasitəsilə təşkil olunur. QHT bu işi tam könüllü və ödənişsiz şəkildə həyata keçirir. Patologiya aşkar olunmuş şəxslər müvafiq dövlət səhiyyə müəssisəsi ilə əlaqələndirilərək, lazımi digər müayinələrdən keçmələri tövsiyə olunur.Növbəti günlərdə digər ictimai iaşə obyektlərində kütləvi rentgen müayinələri təşkil olunacaq. Bu müayinələr süni intellekt vasitəsi ilə vərəm xəstəliyinin erkən aşkarlanmasında və yoluxma sayının minimuma endirilməsində böyük rol oynayır.Qeyd edək ki, 2021-ci ilin may ayından etibarən kütləvi müayinələrə başlayan təşkilat Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə birgə vərəmin aşkarlanmasına dəstək məqsədilə Qobupark yaşayış massivi və Sumqayıt şəhərində 400-ə yaxın vətəndaşı rentgen müayinəsindən keçirmişdi.Eləcə də oxuyun:TƏBİB-ə görə 50 qanuna dəyişiklik edilirBəlkə, allergiyadır: zəhlətökən simptomların izi iləVərəmə yoluxmada azalma əslində bir faciədən xəbər verirHələ də Azərbaycanda vərəmdən xeyli ölən var, yoluxanlar isə əsasən gənclərdir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42402/57/424025785_0:38:1001:667_1920x0_80_0_0_67bc8bb7f0226bdfca9e84f504e8dbb2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, vərəm, müayinə, ictimai-iaşə obyekti, restoran, kafe, azərbaycan
xəbərlər, vərəm, müayinə, ictimai-iaşə obyekti, restoran, kafe, azərbaycan
Kafe və restoranlarda alışmadığımız xidmət: yapon aparatı ilə yoxlayırlar
21:15 22.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Patologiya aşkar olunmuş şəxslər müvafiq dövlət səhiyyə müəssisəsi ilə əlaqələndirilərək, lazımi digər müayinələrdən keçmələri tövsiyə olunur.
BAKI, 22 avqust - Sputnik. "Sağlamlığa Xidmət” İB vərəmin aşkarlanmasına dəstək məqsədilə ictimai iaşə müəssisələrində səyyar müayinələr həyata keçirir.
Birlikdən
Sputnik Azərbaycan-a verilən məlumata görə, qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dəstəyi və razılığı ilə kafe və restoran işçilərinin ağciyərlərinin səyyar rentgen müayinəsinin aparılmasına başlayıb. Müayinələr Yaponiya istehsalı, müasir, portativ və süni intellekt üstünlüyü olan rentgen qurğusu vasitəsilə təşkil olunur. QHT bu işi tam könüllü və ödənişsiz şəkildə həyata keçirir. Patologiya aşkar olunmuş şəxslər müvafiq dövlət səhiyyə müəssisəsi ilə əlaqələndirilərək, lazımi digər müayinələrdən keçmələri tövsiyə olunur.
Növbəti günlərdə digər ictimai iaşə obyektlərində kütləvi rentgen müayinələri təşkil olunacaq. Bu müayinələr süni intellekt vasitəsi ilə vərəm xəstəliyinin erkən aşkarlanmasında və yoluxma sayının minimuma endirilməsində böyük rol oynayır.
Qeyd edək ki, 2021-ci ilin may ayından etibarən kütləvi müayinələrə başlayan təşkilat Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə birgə vərəmin aşkarlanmasına dəstək məqsədilə Qobupark yaşayış massivi və Sumqayıt şəhərində 400-ə yaxın vətəndaşı rentgen müayinəsindən keçirmişdi.
TƏBİB-ə görə
50 qanuna dəyişiklik edilir
Bəlkə, allergiyadır:
zəhlətökən simptomların izi ilə
Vərəmə yoluxmada azalma əslində bir faciədən xəbər verir