CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB-ə görə 50 qanuna dəyişiklik edilir

© Photo : pixabay / Free-PhotosЧеловек, работающий с документами
Человек, работающий с документами  - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Abunə olmaq
"Bu qanun layihələrində nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 20 dekabr 2018-ci il tarixli Prezident Fərmanından irəli gələn məsələlərlə əlaqədardır".

BAKI, 8 aprel — Sputnik. Aprelin 8-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclası açan komitənin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 6 qanun layihəsi daxildir: "Bu qanun layihələrində nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 20 dekabr 2018-ci il tarixli Prezident Fərmanından irəli gələn məsələlərlə əlaqədardır".

Вакцина CoronaVac компании Sinovac Biotech, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.04.2021
SƏHİYYƏ
Vaksinlər qarışıq vurula bilərmi: TƏBİB ÜST-ün, ÜST də ölkənin üstünə atır

Qanun layihələri barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, ümumilikdə gündəlikdəki 6 məsələ 50 qanuna dəyişiklik edilməsini özündə birləşdirir: "Sözügedən Fərmana uyğun olaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq qanun layihələrinin qəbul edilməsi təklif olunur. Ümumilikdə 131 maddə üzrə nəzərdə tutulan dəyişiklərin böyük əksəriyyəti mərkəzi icra hakimiyyəti orqanı ilə müvafiq publik hüquqi şəxsin mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, səhiyyə və tibb müəssisələrinə münasibətdə səlahiyyət bölgüsünün hüdudlarının dəqiq müəyyənləşdirilməsini ehtiva edir. Yəni ismin müvafiq hallarında terminoloji baxımdan "orqan" və ya "Səhiyyə orqanları" sözləri "müvafiq icra halimiyyətinin müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilir, eləcə də bütün layihə boyu "səhiyyə" sözü "tibb" sözü ilə əvəz edilir".

İclasda çıxış edən komitə üzvləri Soltan Məmmədov, Rəşad Mahmudov, Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, Kamilə Əliyeva və Kəmaləddin Qafarov gündəlikdəki qanun layihələri barədə fikirlərini bildiriblər.

TƏBİB-dən saxta sənədə reaksiya>>

Sonda komitə üzvləri Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar Məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsini, "Hərbi qulluqçuların statusu haqqında", "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və "Xidməti və mülki silah haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini, "Yol hərəkəti haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Turizm haqqında", "Milli arxiv fondu haqqında", "Bələdiyyələrin statusu haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Gənclər siyasəti haqqında" və "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini və s. Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

Xəbər lenti
0