Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Kişilərin COVID-19-dan ölmə ehtimalı yüksəkdir

© AFP 2024 / PABLO PORCIUNCULAПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии в Бразили, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии в Бразили, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.08.2021
Abunə olmaq
Həkim immunoloq vurğulayıb ki, qadınların immun sistemi virusun özünə çatır, antitellərin yoluxmuş hüceyrələrə nüfuz etməsi daha asan olur.
 
BAKI, 21 avqust — Sputnik. Həkim allergoloq-immunoloq Vladimir Bolibok "Ura.ru"ya verdiyi müsahibəsində bildirib ki, hormonal sistemin xüsusiyyətlərinə görə kişilərin koronavirusdan ölmə ehtimalı daha yüksəkdir. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
Həkimin sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır.
"Onlarda antitel yaranma səviyyəsi bir qədər aşağıdır", - deyə mütəxəssis qeyd edib.
Bolibok vurğulayıb ki, qadınların immun sistemi virusun özünə çatır, antitellərin yoluxmuş hüceyrələrə nüfuz etməsi daha asan olur.
"Qadınların bu xüsusiyyətinin mənfi tərəfi də var: daha çox antitellər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərinə tutulma ehtimalı müşahidə olunur", - deyə o əlavə edib.
Bu yaxınlarda həkim bildirib ki, COVID-19-a qarşı immunitet təxminən səkkiz ay davam edir.
Eləcə də oxuyun:
Koronavirus ştammları nə ilə fərqlənir - əlamətlər bunlardır
Koronavirusun mənşəyi ÜST-ə rahatlıq vermir: yeni qrup yaradır
ÜST-ün koronavirus barədə romantik planları
Koronavirus Alsheymer xəstəliyinin yaranmasına səbəb ola bilər
Xəbər lenti
0