Koronavirusun mənşəyi ÜST-ə rahatlıq vermir: yeni qrup yaradır

© AFP 2023 / FABRICE COFFRINIШтаб-квартира Всемирной организации здравоохранения (ВОЗ) в Женеве, фото из архива
Штаб-квартира Всемирной организации здравоохранения (ВОЗ) в Женеве, фото из архива  - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
ÜST-ün SAGO adı daşıyan yeni qrupu pandemiya potensialı olan yeni patogenlərin öyrənilməsi ilə məşğul olacaq.
BAKI, 13 avqust - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyinin araşdırılması prosesini siyasiləşdirməməyə çağırıb. Sputnik Azərbaycna RİA Novosti-yə istinadən bildirir ki, bu barədə qurumun yaydığı bəyanatda deyilir.
"Artıq məlum olanlara istinad edərək demək olar ki, araşdırmaların növbəti mərhələsi 2019-cu ildə potensial ilkin yoluxma hallarının öyrənilməsi olacaq. Məlumatlara əlçatanlıq bizim elmi dərrakəmizin inkişafı üçün çox vacibdir və heç bir halda siyasiləşdirilə bilməz", - məlumatda deyilir.
Qeyd olunur ki, bu məqsədlə beynəlxalq elmi məşvərət qrupu yaradılacaq. SAGO adı daşıyan qrup pandemiya potensialı olan yeni patogenlərin öyrənilməsi ilə məşğul olacaq.
Bundan öncə ÜST-ün Çində koronavirus infeksiyasının mənbəyini araşdıran ekspertlər qrupunun rəhbəri, danimarkalı alim Piter Embarek bildirmişdi ki, sıfırıncı pasiyentin laboratoriya şəraitində və ya çöl araşdırmaları zamanı yoluxma versiyasını istisna etmək olmaz.
Eləcə də oxuyun:
Koronavirusun yayılmasının əsas səbəbkarı tapıldı
Britaniyada koronavirusun yeni mutasiyası aşkarlandı
Laboratoriya davası: bu dəfə ÜST-ə Çin müraciət edib
 
Xəbər lenti
0