https://sputnik.az/20210820/rusiyadan-gonderilen-bildirishler-AQTA-terefinden-arashdirilib-427741250.html
Rusiyadan göndərilən bildirişlər AQTA tərəfindən araşdırılıb - NƏTİCƏ
Rusiyadan göndərilən bildirişlər AQTA tərəfindən araşdırılıb - NƏTİCƏ
Sputnik Azərbaycan
Azərbaycandan Rusiyaya pomidor ixracı zamanı 2 təsərrüfata məxsus 5 məhsul partiyasında qonur qırışıqlıq virusu aşkarlanmışdı. Bununla bağlı Rusiya tərəfindən... 20.08.2021, Sputnik Azərbaycan
2021-08-20T21:40+0400
2021-08-20T21:40+0400
2021-11-17T00:02+0400
xəbərlər
iqtisadiyyat
aqta
bildiriş
xəstəlik
virus
pomidor
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427337935_0:0:3072:1728_1920x0_80_0_0_2fc3eb7a9c03fee65b59475628fc4709.jpg
BAKI, 20 avqust — Sputnik. Azərbaycandan Rusiyaya pomidor ixracı zamanı 2 təsərrüfata məxsus 5 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu, digər 2 təsərrüfata məxsus 2 məhsul partiyasında isə pepino mozaik virusunun aşkarlanması ilə bağlı Rusiyanın müvafiq qurumu tərəfindən daxil olan bildiriş əsasında Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən kompleks tədbirlər həyata keçirilib.AQTA-dan Sputnik Azərbaycan-a bildiriblər ki, aparılan araşdırmalar zamanı daxil olan notifikasiyalarda adı qeyd olunan təsərrüfatlarda fitosanitar monitorinqlər aparılıb.Azərbaycandan Rusiyaya ixrac olunan məhsullarda aşkar olunan uyğunsuzluqlara dair bildirişlərin vaxtında göndərilməməsi, həmçinin pomidor mövsümünün başa çatması və ixrac olunan məhsul partiyalarının məhv edilməsi ilə əlaqədar olaraq, pomidor məhsullarından laborator analizlər üçün nümunə götürmək mümkün olmayıb. Müəssisələrdə bitki qalıqları zərərsizləşdirilib, dezinfeksiya işləri aparılıb, giriş-çıxış məhdudlaşdırılıb və ərazidə məlumat lövhələri yerləşdirilib. Qeyd edək ki, bildirişlərin daxil olmasından öncə Agentlik tərəfindən həyata keçirilən monitorinqlər zamanı götürülən nümunələrin müayinəsi nəticəsində pomidor meyvələrinin qonur qırışıqlıq və pepino mozaik virusları aşkar olunmayıb.Virusların yayılmasının qarşısının alınması üçün tədbirlər görülürBuna baxmayaraq, Agentlik tərəfindən ölkə ərazisində bitki mənşəli virusların yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülür: ölkəyə virusun daxil olmasının qarşısının alınması məqsədilə idxal olunan toxum materialları pepino mozaik virusu və pomidor meyvələrinin qonur qırışıqlıq virusuna görə laborator müayinələrə cəlb edilir;təsərrüfatlarda pepino mozaik və pomidor meyvələrinin qonur qırışıqlıq virusuna görə monitorinqləri aparılır və nümunələr götürülərək laborator müayinələrə cəlb edilir;Pomidor və bibər istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinə virus xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, həmçinin müvafiq dezinfeksiya işlərinin icrası ilə bağlı metodiki göstərişlər verilib;ixrac zamanı hər beş nəqliyyat vasitəsindən bir nümunə götürülərək hər iki virusa görə müayinə edilməsi qaydası müəyyənləşdirilib.Agentlik tərəfindən bildiriş daxil olan təsərrüfatda bitki mühafizə tədbirlərinin görülməsi və bu barədə AQTA-ya məlumat verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə məktub ünvanlanıb.İstixanalara giriş-çıxış məhdudlaşdırılmalıdırAQTA bir daha ölkəmizdə bitki mənşəli virusların yayılmasının qarşısının alınması üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini bütün zəruri metodiki göstərişlərə əməl etməyə çağırır. Belə ki, sahibkarlar yalnız virusdan azad olan və müvafiq müayinələrdən keçmiş əkin-səpin materiallarından istifadə etməli, sahələr əkinqabağı dezinfeksiya edilməli, təsərrüfatda istifadə edilən alət və avadanlıqlar müvafiq metodikaya uyğun dezinfeksiya olunmalıdır. Həmçinin istixanalara giriş-çıxış məhdudlaşdırılmalı, utilizasiya qaydalarına düzgün riayət edilməli və ixrac olunan yük partiyaları mütləq şəkildə virusoloji analizlərə cəlb olunmalıdır.Eləcə də oxuyun:AQTA rəsmisi: “Əgər təsərrüfat yoluxubsa, artıq onu sağlamlaşdırmaq çox çətindir”Azərbaycana gətirilən məhsulu civəyə görə satışa buraxmadılarYağlardan təkrar istifadənin orqanizmə təsiri - ZƏRƏRLƏRAQTA pepino mozaik virusunun yayılma yollarını açıqlayıbBu virus iqtisadiyyata güclü ziyan vura bilər - AQTA-dan fermerlərə xəbərdarlıq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427337935_278:0:3009:2048_1920x0_80_0_0_f83a61c67bb0fddf00295afb8294a186.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, aqta, bildiriş, xəstəlik, virus, pomidor, azərbaycan
xəbərlər, aqta, bildiriş, xəstəlik, virus, pomidor, azərbaycan
Rusiyadan göndərilən bildirişlər AQTA tərəfindən araşdırılıb - NƏTİCƏ
21:40 20.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Azərbaycandan Rusiyaya pomidor ixracı zamanı 2 təsərrüfata məxsus 5 məhsul partiyasında qonur qırışıqlıq virusu aşkarlanmışdı. Bununla bağlı Rusiya tərəfindən AQTA-ya bildiriş daxil olmuşdu.
BAKI, 20 avqust — Sputnik. Azərbaycandan Rusiyaya pomidor ixracı zamanı 2 təsərrüfata məxsus 5 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu, digər 2 təsərrüfata məxsus 2 məhsul partiyasında isə pepino mozaik virusunun aşkarlanması ilə bağlı Rusiyanın müvafiq qurumu tərəfindən daxil olan bildiriş əsasında Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən kompleks tədbirlər həyata keçirilib.
AQTA-dan
Sputnik Azərbaycan-a bildiriblər ki, aparılan araşdırmalar zamanı daxil olan notifikasiyalarda adı qeyd olunan təsərrüfatlarda fitosanitar monitorinqlər aparılıb.
Azərbaycandan Rusiyaya ixrac olunan məhsullarda aşkar olunan uyğunsuzluqlara dair bildirişlərin vaxtında göndərilməməsi, həmçinin pomidor mövsümünün başa çatması və ixrac olunan məhsul partiyalarının məhv edilməsi ilə əlaqədar olaraq, pomidor məhsullarından laborator analizlər üçün nümunə götürmək mümkün olmayıb. Müəssisələrdə bitki qalıqları zərərsizləşdirilib, dezinfeksiya işləri aparılıb, giriş-çıxış məhdudlaşdırılıb və ərazidə məlumat lövhələri yerləşdirilib. Qeyd edək ki, bildirişlərin daxil olmasından öncə Agentlik tərəfindən həyata keçirilən monitorinqlər zamanı götürülən nümunələrin müayinəsi nəticəsində pomidor meyvələrinin qonur qırışıqlıq və pepino mozaik virusları aşkar olunmayıb.
Virusların yayılmasının qarşısının alınması üçün tədbirlər görülür
Buna baxmayaraq, Agentlik tərəfindən ölkə ərazisində bitki mənşəli virusların yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülür: ölkəyə virusun daxil olmasının qarşısının alınması məqsədilə idxal olunan toxum materialları pepino mozaik virusu və pomidor meyvələrinin qonur qırışıqlıq virusuna görə laborator müayinələrə cəlb edilir;
təsərrüfatlarda pepino mozaik və pomidor meyvələrinin qonur qırışıqlıq virusuna görə monitorinqləri aparılır və nümunələr götürülərək laborator müayinələrə cəlb edilir;
Pomidor və bibər istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinə virus xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, həmçinin müvafiq dezinfeksiya işlərinin icrası ilə bağlı metodiki göstərişlər verilib;
ixrac zamanı hər beş nəqliyyat vasitəsindən bir nümunə götürülərək hər iki virusa görə müayinə edilməsi qaydası müəyyənləşdirilib.
Agentlik tərəfindən bildiriş daxil olan təsərrüfatda bitki mühafizə tədbirlərinin görülməsi və bu barədə AQTA-ya məlumat verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə məktub ünvanlanıb.
İstixanalara giriş-çıxış məhdudlaşdırılmalıdır
AQTA bir daha ölkəmizdə bitki mənşəli virusların yayılmasının qarşısının alınması üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini bütün zəruri metodiki göstərişlərə əməl etməyə çağırır. Belə ki, sahibkarlar yalnız virusdan azad olan və müvafiq müayinələrdən keçmiş əkin-səpin materiallarından istifadə etməli, sahələr əkinqabağı dezinfeksiya edilməli, təsərrüfatda istifadə edilən alət və avadanlıqlar müvafiq metodikaya uyğun dezinfeksiya olunmalıdır. Həmçinin istixanalara giriş-çıxış məhdudlaşdırılmalı, utilizasiya qaydalarına düzgün riayət edilməli və ixrac olunan yük partiyaları mütləq şəkildə virusoloji analizlərə cəlb olunmalıdır.
Azərbaycana gətirilən məhsulu civəyə görə satışa buraxmadılar
AQTA
pepino mozaik virusunun yayılma yollarını açıqlayıb