CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AQTA rəsmisi: “Əgər təsərrüfat yoluxubsa, artıq onu sağlamlaşdırmaq çox çətindir”

© © Aysel Fərziyevanın şəxsi arxivindənQida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva deyib ki, qonur qırışıqlıq virusu idxal olunan pomidor və bibər toxumları vasitəsilə daha geniş areala yayılır
Aysel Fərziyeva: “Bu viruslar insan orqanizmi üçün təhlükəli deyil”
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyada yayılan pomidor meyvələrinin qonur qırışıqlıq virusu ilə mübarizə üsullarını açıqlayıb.
AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva Sputnik Azərbaycan-a deyib ki, hazırda dünyanın müxtəlif ölkələrində qonur qırışıqlıq və pepino mozaik virusu geniş şəkildə yayılır: “Bu viruslar insan orqanizmi üçün təhlükəli deyil, əsasən pomidora zərər vurur. Amma badımcan, bibər, tütün kimi bitki məhsullarına da zərər vurmaq potensialına malikdirlər. Hətta kənd təsərrüfatına vurduğu zərər 40-80 faiz həcmində ölçülür. Məhsulun əmtəəlik keyfiyyətini aşağı salan virus, təsərrüfatda sürətlə yayılmaq qabiliyyətinə malikdir.
Aysel Fərziyeva bildirib ki, virus əsasən toxum, torpaq, alaq otları vasitəsilə yayılır: “Xüsusən də qonur qırışıqlıq virusu idxal olunan pomidor və bibər toxumları vasitəsilə daha geniş areala yayılır. Virusla mübarizə haqqında danışarkən deməliyik ki, burada məlum kimyəvi maddələrin istifadəsi təsirsizdir. Əgər  təsərrüfat yoluxubsa, artıq onu sağlamlaşdırmaq çox çətindir. AQTA bu ilin martından etibarən təsərrüfatlarda mütəmadi monitorinqlər aparır. İndiyə qədər ölkəmizin ərazisindəki təsərrüfatlarda sözügedən viruslara rast gəlinməyib”.
Aysel Fərziyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
 
Xəbər lenti
0