Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dmitri Vıdrin: "Krım platforması" Kiyev sammiti – xam xəyaldır

© AFP 2023 / VASILY MAXIMOVКрымский полуостров на карте
Крымский полуостров на карте  - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Abunə olmaq
Rusiya, nəhəng geosiyasi kütlə olaraq tarix, dilçilik, genotip cəhətdən yaxın olan digər kütlələri özünə cəzb edir. Ancaq elə ölkələr var ki, məhz belə böyük cazibə təhlükəsi səbəbindən ona qarşı əks-təsir qüvvəsi tapmağa cəhd göstərirlər.
Ukrayna avqustun 24-də müstəqilliyinin 30-cü ildönümünü qeyd edəcək. Həmin tarixə bir gün qalmış, avqustun 23-də isə Kiyevdə Krımın Ukraynaya qaytarılması məsələsinin müzakirə oluncağı "Krım platforması" adlı sammit keçiriləcək.
Bu zirvə görüşünün hər hansı bir siyasi səmərəsi olacaqmı və Rusiya niyə sammitə dəvət olunmayıb? Ukraynanın dörd prezidentinin keçmiş müşaviri, Ali Radanın V çağırış üzrə deputatı Dmitri Vıdrin Sputnik-ə müsahibəsində bu barədə danışıb.

Məzmunsuz sammit

Sputnik-in müsahibi belə hesab edir ki, "Krım platforması" bəlağətli söz yığını və deklarasiyadan başqa bir şey deyil.
"Mən cavan olanda platforma ayyaqqabı çox dəbdə idi, qəşəng olsa da yaman narahat idi. Ukrayna lideri Vladimir Zelenski də ilk növbədə tədbirin gözəlliyinə bel bağlayıb. Mahiyyətində isə bir şey yoxdur", – deyə Vıdrin vurğulayır.
Ekspertin sözlərinə görə, üç tip sammit mövcuddur: iştirakçıları biliklər, texnologiyalarla zənginləşdirən görüşlər, problemlərin qaynar kartof kimi əldən-ələ ötürüldüyü görüşlər və bir də problemin həlli ilə bağlı illüziya yaradan görüşlər. Sonuncular adətən, bir-birinə kartof atmaqla nəticələnir.
Politoloqun fikrincə, "Krım platforması"nı son iki tipə aid etmək olar.
"Bu sammitdə maddi, mənəvi resurslarını paylaşmağa hazır olan iştirakçılar yoxdur. Heç kim heç nə paylaşmayacaq, ancaq problemi bir-birinin üstünə atacaqlar. Odur ki, bu sammit gözəl, amma xam xəyaldır. Əgər məzmun yoxdursa, forma boş şeydir", - deyə Vıdrin bildirir.

Şabaş, yoxsa karnaval

Bir qədər əvvəı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan etmişdi ki, 44 ölkə və beynəlxalq təşkilat "Krım Platforması"nın qurucusu kimi Kiyevə qoşulmaq qərarına gəlib. Ancaq dəvət olunan ölkələrin siyahısında Rusiyanın adı yoxdur.
Dmitri Vıdrin deyir ki, Rusiya sammitdə iştirak etməli olsaydı, görüşün formatı dəyişməli idi.
"Bəzi ölkələr var ki, sözə, bəziləri də əmələ stavka edir. "Şimal axını"ndan, ağır həqiqətlərdən danışılacağından qorxduqları üçün Rusiyanı dəvət etməyə çəkiniblər. Bu tədbirdə yüngül sözlərdən və vədlərdən başqa bir olmayacq", - deyə politoloq izah edir.
Ukraynanın təşəbbüsü ilə sözügedən zirvə görüşünün keçirilməsini şərh edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bir qədər əvvəl bu tədbiri "Qərbin müasir Ukrayna iqtidarının neonasist və irqçi hisslərini bir az da qızışdıran şabaş mərasimi" adlandırmışdı.
Sputnik-in həmsöhbəti də sammiti karnavalla müqayisə edib.
"Filosof Mixail Baxtinin məşhur karnaval mədəniyyəti nəzəriyyəsi var. Bu nəzəriyyəyə görə, hamı şənlənir, rəqs edir və həmişə sonda Sarsaq, şəhər polisini əzişdirir", - deyə politoloq vəziyyəti təsvir edir.

Nifrətə stavka

Vıdrin belə hesab edir ki, Rusiya-Ukrayna münasibətlərinin fərqli formatını qurma cəhdləri ikiyə haçalanır.
"Rusiya, nəhəng geosiyasi kütlə olaraq, tarix, dilçilik, genotip cəhətdən yaxın olan digər kütlələri özünə cəzb edir. Ancaq elə ölkələr var ki, məhz belə böyük cazibə təhlükəsi səbəbindən ona qarşı əks-təsir qüvvəsi tapmağa cəhd göstərirlər. Və indiyə kimi ölkələr arasında nifaq toxumu səpməkdən başqa bir şey tapmayıblar. Onların fikincə, nifrət nə qədər çox olarsa, bu böyük kütlənin (sosial, mədəni, ərazi, resurs) onları özünə cəzb etmək şansı daha az olacaq. Odur ki, nifrətə bel bağlamaqdan başqa çarələri qalmır. Nifrət bol olacaq, çünki onların əlində başqa alət yoxdur", - deyə politoloq mülahizə yürüdür.
Ekspert belə hesab edir ki, Ukrayna yaranan problemi hərbi yolla həll etməyəcək.
"Müharibə çox böyük iş, məsrəf və qan deməkdir. Ukrayna isə çətinliyə tab gətirməyən ölkələr kateqoriyasına aiddir və böyük risk tələb edən işlərə qol qoymaz. Təhdidlər, yumruq silkələmə ola bilər, amma müharibə olmayacaq", - deyə Vıdrin fikir yürüdür.
"Hazırda nifrət bəzi ölkələr üçün onların özlərinin dediyi kimi müstəqilliklərini, əslində isə əmr vermək, ağalıq etmək və çapıb-talamaq üçün öz mülklərini qoruyub saxlamağın yeganə yoludur", - deyə politoloq fikirlərini yekunlaşdırır.
Müsahibənin tam versiyasını Sputnikin YouTube kanalında rus dilində izləmək olar.
Eləcə də oxuyun:
Defolt uzaqda deyil: anti-Rusiya siyasəti Kiyevi hara aparıb çıxardı
Xəbər lenti
0