Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Defolt uzaqda deyil: anti-Rusiya siyasəti Kiyevi hara aparıb çıxardı

© AP Photo / Efrem LukatskyУкраинка просит подаяние в центре Киева, Украина, фото из архива
Украинка просит подаяние в центре Киева, Украина, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Abunə olmaq
İri şirkətlərin müflisləşməsi, işsizlik, qiymətlərin, demək olar ki, 200% artması – ekspertlər belə hesab edirlər ki, bütün bunlar Ukraynada böhranı dərinləşdirən səbəblərin tam siyahısı deyil.
BAKI, 19 avqust — Sputnik. Avqustun 24-də Ukrayna müstəqilliyinin 30-cü ilini qeyd edəcək. Həmin gün Kiyevdə vətənpərvərlik ruhunda bir sıra tədbirlər– Silahlı Qüvvələrin paradı və "Müstəqillik DNT-mizdədir" adlı şou keçiriləcək.
Ancaq Ukrayna Dövlət Statistika Komitəsinin hesabatı bunun əksindən xəbər verir: Kiyev hər il müstəqilliyini, ilk növbədə də iqtisadi müstəqilliyini bir qədər də itirir.
Ölkənin niyə illərlə böhran vəziyyətindən çıxa bilmədiyi və anti-Rusiya ritorikasının Ukraynanı necə Qərbin xammal əlavəsinə çevirdiyi barədə Sputnikin icmalında.
Problemlər artır
Ukrayna Dövlət Statistika Komitəsinin hesabatları mənfi rəqəmlərlə doludur. İlin əvvəlindən bu yana istehlak qiymətlərinin artımı 6,5 % təşkil edib. Hər şey bahalaşır: təkcə iyul ayı ərzində şəkərin qiyməti 7%, alkoqollu içkilər və tütün məmulatlarının 0,8%, məişət texnikasının qiyməti isə 0,4% çoxalıb. Elektrik enerjisi və təbii qaz da geri qalmır, onların dəyəri 0,6% artıb. Rabitə və səhiyyə xidmətləri 0,1%, nəqliyyat 1,1% bahalaşıb. Ukrayna Milli Bankının proqnozlarına görə, ilin sonuna kimi qiymətlərin bahalaşması 9,6% təşkil edəcək. Odur ki, hakimiyyət orqanları orta aylıq əməkhaqqının artımından dəm vursalar da (həqiqətən də 2021-ci ildə orta aylıq əməkhaqqı 423 dollardan 532 dollara qədər yüksəlib), sıravi vətəndaşlar bu artımı hiss edə bilmirlər.
Ümumilikdə son 10 il ərzində ölkədə məhsulların qiyməti 200% artıb. Belə böyük bahalaşma sadə vətəndaşların borclarında da özünü göstərir. Ukraynalıların yaşayış Kommunal Təsərrüfatı xidmətlərinə 2 milyard dollardan çox borcu var ki, bu sırada birinci yeri elektrik enerjisi tutur. Məsələ burasındadır ki, ölkənin ən aztəminatlı hissəsi – çoxuşaqlı ailələr və uşaq evlərinə şamil olunan güzəştli tariflər ləğv olunub.
© Sputnikİnfoqrafika: Ukraynada inflyasiya
İnfoqrafika: Ukraynada inflyasiya - Sputnik Azərbaycan, 1920, 01.10.2021
İnfoqrafika: Ukraynada inflyasiya
Hər şeydə Rusiyanı günahlandırmaq ənənəsi
Ancaq deyəsən, bütün bu problemlər xalqdan başqa heç kimi narahat etmir. Avqustun 11-də Ukrayna prezidenti Vladimir Zelenskinin syatında belə bir xəbər peyda olu: ölkə başçısı 2025-ci ilə qədər iqtisadi təhlükəsizlik strategiyasını təsdiqləyib. Bu sənəddə ən mühüm yeri isə Rusiya tutur.
Strategiyaya əsasən, "Ukrayna iqtisadiyyatının dağıdılması" – Rusiya Federasiyasının məqsədyönlü hərəkətidir. Və Ukrayna cəmiyyətindəki sosial gərginlik də bundan qaynaqlanır.
Bütün bu konsepsiyanın nə iqtisadiyyatla, nə də reallıqla heç bir əlaqəsi yoxdur – Rusiya Federasiyası yanında Maliyyə Universitetinin prorektoru, iqtisadi elmlər doktoru Aleksey Zubets belə hesab edir.
"Rusiyanı problemlərin mənbəyi kimi göstərmək cəhdi yalnız təşviqatçıları və iqtisadiyyatdan başı çıxmayan insanları qane edə bilər. Ukrayna iqtisadiyyatı üçün əsas təhdid – bu ölkə hakimiyyətinin vətəndaşlar qarşısında öz öhdəliyini yerinə yetirə bilməməsindədir. Ölkə büdcəsi acınacaqlı vəziyyətdədir. Dünya bazarında kömürün bahalaşması faktı da bundan xəbər verir, çünki Ukraynaya kömür lazımdır, bu ölkə elektrik enerjisini kömürlə işləyən stansiyalardan əldə edir. Ölkə isə onu ala bilmir", – deyə ekspert bildirir.
Ukraynanın Enerji Strategiyaları Fondunun həmsədri Dmitri Maruniç də analoji fikri ifadə edir. O, Sputnikə müsahibəsində İqtisadi Təhlükəsizlik Strategiyasını "adi kağız parçası" adlandırıb. Onun sözlərinə görə, hətta hakimiyyət orqanları Rusiya ilə ticarətin Ukrayna üçün təhlükəli olduğunu bildirsələr də, hamı yaxşı başa düşür ki, ölkə adicə kömürü Rusiyadan almadan keçinə bilməz.
"Rusiyadan kömür gətirməsək, günü sabah bütün Ukraynada işıqlar sönər, bunu hamı yaxşı başa düşür. Rusiyadan kömür tədarükünü əvəzləmək isə mümkün deyil, çünki başqa ölkələrə kömürün pulu ilə yanaşı, nəqliyyat xərclərini də ödəmək lazım gələcək. Üstəlik, limanlar bu qədər kömürü daşımağa qadir deyil, kollaps yaranar. Və qəribə vəziyyət ortaya çıxır: Ukrayna Rusiyadan imtina etsə də, bu mümkün deyil", – deyə Maruniç vurğulayır.
Biznes əsas düşmən olanda
Aleksey Zubets bu fikirdədir ki, mövcud problemlərin əsasını uzun illər bundan əvvəl başlamış proseslər qoyub.
"Ölkəni dəstəkləyən pulu texnoloji cəhətdən mürəkkəb məhsullar istehsal edən iqtisadiyyat verə bilər. Ancaq Ukrayna sənaye potensialını ya itirib, ya da bilərəkdən aradan qaldırıb. Sənaye təməli olmadan vətəndaşların həyat keyfiyyətini yaxşılaşdırmaq isə mümkün deyil", – deyə Zubets izah edir.
Sıradan çıxarılmış sənaye obyektlərinin siyahısını uzun-uzadı sadalamaq olar. Ukraynanın bir çox müəssisələri Rusiya bazarına yönəldilmişdi və ən güclü böhranla 2014-cü ildə, ölkə Rusiya ilə münasibətləri kəsmək barədə qərar qəbul edəndən sonra üz-üzə qaldı. Nəticədə 2014-cü ildə məşhur Lvov Avtobus Zavodu (LAZ) bağlandı, 2018-ci ildə isə əsas satış bazarı Rusiya olan (2007-2012-ci illərdə istehsal olunan məhsulların 89%-i Rusiyaya göndərilib ) Zaporojsk Avtomobil Zavodu iflasa uğradığını elan etdi. Bu il Sovet İttifaqının bütün təyyarədaşıyan kreyserlərini inşa edən Nikolayevdəki Qara Dəniz Gəmiqayırma Zavodu rəsmi şəkildə ləğv olundu.
Əvvəllər Rusiya ilə əməkdaşlıq edən "Yujmaş" raket-kosmik müəssisəsi də böhran yaşayır. Ötən il Ukrayna hakimiyyəti bu müəssisənin işçilərinə olan əməkhaqqı borcunu ödəmək üçün büdcədən 8 milyon dollar vəsait ayırmaq məcburiyyətində qaldı. "Antonov" aviasiya zavodu Rusiyadan ehtiyat hissələri tədarükü dayanandan sonra, 2016-cı ildən 2019-cu ilə kimi bir dənə də təyyarə buraxa bilmədi.
İstehsalın kütləvi şəkildə dayanması, sözsüz ki, Ukrayna iqtisadiyyatına öz təsirini göstərir. Hazırda Ukrayna Avropanın və keçmiş SSRİ-nin ən yoxsul ölkəsi sayılır. Bu faktı hakimiyyətdə olan "Xalqın xidmətçisi" partiyası da etiraf etmək məcburiyyətində qalıb.
"Əgər biz Ukraynada adambaşına düşən Ümum Daxili Məhsulu Polşa ilə müqayisə etsək, görərik ki, polyaklara çatmaq bizə 30-40 il lazımdır, özü də bir şərtlə ki, Polşa yerində dayansın", – deyə "Xalqın xidmətçisi" partiyasının deputatı, Parlamentin Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev bəyan etmişdi.
Avropa kömək etməyəcək
Aleksey Zubtsov bu fikirdədir ki, davam edən sənayesizləşdirmə Ukraynanı Qərbin xammal əlavəsinə çevrilib.
Hazırda Ukraynada dənli bitkilərin istehsalı sahəsi inkişaf etdirilir və bu ölkə kənd təsərrüfatında xarici investorlara bel bağlayır. Əvvəllər ekspert qida istehsalının beynəlxalq şirkətlərin hesabına böyüyə biləcəyini dəfələrlə vurğulamışdı. Ancaq başa düşmək lazmıdır ki, buğda istehsalı böyük işçi qüvvəsi tələb etmir. Belə çıxır ki, iqtisadiyyatın bu qolu ukraynalıları iş yerləri ilə təmin etməyəcək və miqrasiya böhranı davam edəcək. Hazırda Polşada qazanc dalınca bu ölkəyə üz tutmuş 1,5 milyon ukraynalı var. Rusiyada da ukraynalı miqrantlar çoxdur: 2016-cı ildən 2020-ci ilə kimi bir milyona yaxın ukraynalı Rusiya vətəndaşlığını qəbul edib.
Dövlət Statistika Komitəsinin hesabatı da gərgin demoqrafik vəziyyətdən xəbər verir: ilin əvvəlindən bəri Ukrayna əhalisinin sayı 180 min nəfər azalaraq hazırda 41,4 milyon nəfər təşkil edir. Halbuki 2013-cü ildə bu rəqəm 45 milyonu ötmüşdü.
Əgər demoqrafik vəziyyət düzəlməsə, 10-15 ildən sonra Ukraynanı defolt gözləyir, çünki ölkənin insan resurslarına ehtiyacı var. Bu barədə bir qədər əvvəl Ukrayna İşəgötürənlər Federasiyası rəhbərinin müşaviri Pavel Vernivski həyəcan təbili çalıb.
"İlk növbədə Pensiya Fondu çökəcək. Hər bir vergi ödəyicisinin borc yükü çoxalacaq ki, bu da defolt riskini artıracaq", – deyə o vəziyyətə aydınlıq gətirib.
Aleksey Zubets də defolt təhlükəsinə toxunub. "Ukrayna hazırkı vəziyyətdə Rusiyanın 1996-1997-ci illərdəki göstəricilərinə yaxındır", – deyə ekspert qeyd edir.
Ölkənin iqtisadi uğursuzluqdan qurtulub-qurtulmayacağı sual altındadır. Respublika 30 illik müstəqillik dövründə böhrandan çıxa bilməyib.
Bir vaxtlar Ukraynanı SSRİ-nin sənaye liderinə çevirmiş insanlar artıq qocalıblar, ölkədə 11 milyondan çox pensiyaçı var. Yeni nəsil isə özünə iş tapa bilmir, sadəcə ona görə ki, iş yeri yoxdur. 2020-ci ildə yalnız 11,3 milyon Ukrayna vətəndaşı rəsmi əməkhaqqı alıb.
Həmçinin oxuyun:
Ukrayna ordusunun döyüş qabiliyyəti: 30 illik müstəqilliyin xronikası
Xəbər lenti
0