https://sputnik.az/20210820/Azrbaycann-tbii-qaz-ixrac-artb-427734902.html
Azərbaycanın təbii qaz ixracı artıb
Azərbaycanın təbii qaz ixracı artıb
Sputnik Azərbaycan
Ölkə daxilində istehlak edilən təbii qazın 62,2 faizi istehsal ehtiyaclarına sərf edilib, 37,8 faizi isə əhaliyə satılıb. 2021-ci ilin yanvar-iyun aylarında... 20.08.2021, Sputnik Azərbaycan
2021-08-20T08:37+0400
2021-08-20T08:37+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
iqtisadiyyat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42216/13/422161318_0:356:3005:2047_1920x0_80_0_0_c5a6c7e042b8ad23cd173705b20ef78b.jpg
BAKI, 19 avqust — Sputnik. Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 17409,9 milyon kub metr təşkil edib. Ehtiyatların 86,1 faizi hasilatın, 13,9 faizi qalığın hesabına formalaşıb. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, təbii qazın 35,8 faizi istehlak, 51,7 faizi ixrac olunub, 2,8 faizi itkiyə getmiş, 9,7 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.Ölkə daxilində istehlak edilən təbii qazın 62,2 faizi istehsal ehtiyaclarına sərf edilib, 37,8 faizi isə əhaliyə satılıb. 2021-ci ilin yanvar-iyun aylarında 8992,2 milyon kub metr və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,1 faiz çox təbii qaz ixrac edilib.Əhali tərəfindən 2360,3 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çox təbii qaz istehlak edilib, onun 37,2 faizi Bakı şəhərinin, 3,5 faizi Naxçıvan Muxtar Respublikasının, 10,7 faizi Abşeron-Xızı, 6,1 faizi Mərkəzi Aran, 6,0 faizi Gəncə-Daşkəsən, 6,0 faizi Lənkəran-Astara, 5,9 faizi Qazax-Tovuz, 5,0 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,6 faizi Qarabağ, 3,9 faizi Mil-Muğan, 3,8 faizi Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.Həmçinin oxuyun:Azərbaycanın qeyri-neft ixracatında rekord artım
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42216/13/422161318_128:0:2857:2047_1920x0_80_0_0_30ca799b3f9a319d6b681068b1fc3e06.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Azərbaycanın təbii qaz ixracı artıb
08:37 20.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Ölkə daxilində istehlak edilən təbii qazın 62,2 faizi istehsal ehtiyaclarına sərf edilib, 37,8 faizi isə əhaliyə satılıb. 2021-ci ilin yanvar-iyun aylarında 8992,2 milyon kub metr və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,1 faiz çox təbii qaz ixrac edilib
BAKI, 19 avqust — Sputnik. Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 17409,9 milyon kub metr təşkil edib. Ehtiyatların 86,1 faizi hasilatın, 13,9 faizi qalığın hesabına formalaşıb.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, təbii qazın 35,8 faizi istehlak, 51,7 faizi ixrac olunub, 2,8 faizi itkiyə getmiş, 9,7 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.
Ölkə daxilində istehlak edilən təbii qazın 62,2 faizi istehsal ehtiyaclarına sərf edilib, 37,8 faizi isə əhaliyə satılıb. 2021-ci ilin yanvar-iyun aylarında 8992,2 milyon kub metr və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,1 faiz çox təbii qaz ixrac edilib.
Əhali tərəfindən 2360,3 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çox təbii qaz istehlak edilib, onun 37,2 faizi Bakı şəhərinin, 3,5 faizi Naxçıvan Muxtar Respublikasının, 10,7 faizi Abşeron-Xızı, 6,1 faizi Mərkəzi Aran, 6,0 faizi Gəncə-Daşkəsən, 6,0 faizi Lənkəran-Astara, 5,9 faizi Qazax-Tovuz, 5,0 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,6 faizi Qarabağ, 3,9 faizi Mil-Muğan, 3,8 faizi Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.