https://sputnik.az/20210819/Azerbaycanin-qeyri-neft-ixracati-rekord-sviyyede-artib-427721903.html
Azərbaycanın qeyri-neft ixracatında rekord artım
Azərbaycanın qeyri-neft ixracatında rekord artım
Sputnik Azərbaycan
İqtisadçılar Azərbaycan ixracatında neft və qaz məhsullarının 90 faizə yaxın paya malik olmasını şərh ediblər, qeyri-neft sektorunun vəziyyətini... 19.08.2021, Sputnik Azərbaycan
2021-08-19T11:42+0400
2021-08-19T11:42+0400
2021-11-17T00:01+0400
xəbərlər
iqtisadiyyat
cəmiyyət
qeyri-neft
qeyri-neft sektoru
artım
rekord
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1b/424536455_0:0:3072:1728_1920x0_80_0_0_a40f2ce5d045a37e83be77c949b61358.jpg
BAKI, 19 avqust — Sputnik. Cari ilin 7 ayında Azərbaycandan 10 milyard 39 milyon 239 min manatlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 943 milyon dollar və ya 24% çoxdur. Bu ilin 7 ayında neft-qaz sektoruna daxil olan malların ixracı Azərbaycanın cəmi 11 milyard 393 milyon 519 min dollarlıq ixracının 88,1%-nə bərabər olub. Qeyri-neft-qaz məhsullarının ixracı 1 milyard 354 milyon 280 min dollar təşkil edib.İqtisadçılar Azərbaycan ixracatında neft və qaz məhsullarının 90 faizə yaxın paya malik olmasını şərh ediblər, ölkəmizdə qeyri-neft sektorunun vəziyyətini dəyərləndiriblər.Dövlət gəlirlərimizin 46 faizi qeyri-neft sektorunun payına düşürMillət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, qeyri-neft sektorunun ölkənin 3 əsas makroiqtisadi göstəricisində (Ümumi daxili məhsul, dövlət büdcəsinin gəlirlərinin formalaşması və ixracat) payının artırılması prioritetdir. Artıq iki istiqamət üzrə ümumi daxili məhsul və dövlət büdcəsinin gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payının artması müşahidə olunur. Artıq ÜDM-in 70 faizinə yaxını qeyri-neft sektorunun payına düşür. Dövlət gəlirlərimizin 46 faizi qeyri-neft sektorunun payına düşür və 2015-ci illə müqayisədə bu, 2 dəfəyə yaxın artım deməkdir.Azərbaycan bu ildən etibarən daha çox mavi qaz ixrac edəcəkDeputat qeyd edib ki, ixracatda qeyri-neft sektorunun payının artırılması əsas hədəflərdən biridir. Çünki bu, ölkəyə daxil olan valyutanın şaxələndirilməsinə imkan verəcək. Azərbaycan neft ölkəsidir və eyni zamanda bu ildən etibarən daha çox mavi qaz ixrac edəcək. "O baxımdan hələlik gözlənilən ondan ibarətdir ki, neft və qaz sektoru Azərbaycanın ümumi ixracatında əsas məhsul olacaq. Amma təbii ki, qeyri-neft sektorunun inkişafı fonunda qeyri-neft ixracatının artırılması vacibdir"-deyə millət vəkili diqqətə çatdırıb.Qeyri-neft sektorunun ixracatda payının artırılması mərhələli şəkildə həyata keçirilirO bildirib ki, 2015-ci illə müqayisədə 2019-cu ildə Azərbaycanın qeyri-neft ixracatı təxminən 2 dəfəyə yaxın artıb. 2021-ci ilin 6 ayın yekunları göstərir ki, Azərbaycanın qeyri-neft ixracatı rekord səviyyədə artıb. Amma bu proses mərhələli olacaq. Çünki bütün hallarda Azərbaycan uzunmüddətli dövrdə enerji istehsal və ixrac edən ölkədir. Qeyri-neft sektorunun ixracatda payının artırılması mərhələli şəkildə həyata keçirilir. İslahatlarda da əsas hədəf odur ki, daha qısa zamanda qeyri-neft sektorunun ixracatda payı artırılsın. İlkin hədəf odur ki, ixracatın həcmində artımlar olmaqla yaxın illərdə ümumi ixracatın üçdəbirinin qeyri-neft sektorunun hesabına formalaşmasına nail olunsun. Növbəti illər üçün həyata keçirilən islahatlar bu hədəfin reallaşmasına imkan verəcək."Digər ölkələrinin təcrübəsi göstərir ki, qeyri-neft sektorunun ümumi ixracatda payının artırılması mərhələli prosesdir. İslahatlar davam etdikcə qeyri-neft sektorunun ümumi ixracatda payının artmasını müşahidə edəcəyik"-deyə o əlavə edib.Azərbaycan ixracatında neft və qaz məhsulları 90 faizə yaxın paya malikdirAzərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan ixracatında neft və qaz məhsullarının 90 faizə yaxın paya malik olması təəccüblü deyil. İxracatda struktur və keyfiyyət dəyişikliyinə nail olmaq asan məsələ deyil. Yüksək texnoloji tutumlu ixracatın xüsusi çəkisinin artımı üçün ilk növbədə ölkə daxilində istehsal proseslərinin artımına yönəlmiş investisiya siyasətinə ehtiyac var. Bunun üçün adekvat pul-kredit siyasəti olmalıdır. Eyni zamanda əsas qeyri-neft və xüsusilə qeyri-xammal sektoru üzrə ticarət tərəfdaşları ilə texnoloji korporasiyaya, iqtisadi inteqrasiyaya getmək lazımdır. Bununla yanaşı, əsas ixrac bazarlarında effektiv iş aparılmalıdır. Bütün bunlar olmadan qeyri-neft sektoru üzrə ixracatın xeyli dərəcədə artırılmasına nail olmaq mümkün deyil."İlk növbədə innovasiya tutumlu investisiyalar artmalı, digər tərəfdən texnoloji korporasiya və regional iqtisadi inteqrasiya sürətlə inkişaf etməlidir"-deyə professor əlavə edib.Azərbaycanda qeyri-neft sektoru 30,5 faiz artıbQeyd edək ki, cari ilin ilk 7 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 milyon dollar və ya 30,5 faiz artıb. 2021-ci ilin yeddi ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 338 milyon dollarla əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37 faiz, pambıq lifi 88,5 faiz, alüminium və ondan hazırlanan məmulatlarda isə 42 faiz artım qeydə alınıb.Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələrCari ilin yanvar-iyul aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb.Yeddi ayda Rusiyaya 467,8 milyon dollar, Türkiyəyə 359,3 milyon dollar, İsveçrəyə 129,5 milyon dollar, Gürcüstana 94 milyon dollar, ABŞ-a isə 33,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.Həmçinin oxuyun:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1b/424536455_341:0:3072:2048_1920x0_80_0_0_734e7ebbfafdb64c4d24a8bde3e3ca79.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, qeyri-neft, qeyri-neft sektoru, artım, rekord, azərbaycan
xəbərlər, qeyri-neft, qeyri-neft sektoru, artım, rekord, azərbaycan
Azərbaycanın qeyri-neft ixracatında rekord artım
11:42 19.08.2021 (Yenilənib: 00:01 17.11.2021) İqtisadçılar Azərbaycan ixracatında neft və qaz məhsullarının 90 faizə yaxın paya malik olmasını şərh ediblər, qeyri-neft sektorunun vəziyyətini dəyərləndiriblər.
BAKI, 19 avqust — Sputnik. Cari ilin 7 ayında Azərbaycandan 10 milyard 39 milyon 239 min manatlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 943 milyon dollar və ya 24% çoxdur. Bu ilin 7 ayında neft-qaz sektoruna daxil olan malların ixracı Azərbaycanın cəmi 11 milyard 393 milyon 519 min dollarlıq ixracının 88,1%-nə bərabər olub. Qeyri-neft-qaz məhsullarının ixracı 1 milyard 354 milyon 280 min dollar təşkil edib.
İqtisadçılar Azərbaycan ixracatında neft və qaz məhsullarının 90 faizə yaxın paya malik olmasını şərh ediblər, ölkəmizdə qeyri-neft sektorunun vəziyyətini dəyərləndiriblər.
Dövlət gəlirlərimizin 46 faizi qeyri-neft sektorunun payına düşür
Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, qeyri-neft sektorunun ölkənin 3 əsas makroiqtisadi göstəricisində (Ümumi daxili məhsul, dövlət büdcəsinin gəlirlərinin formalaşması və ixracat) payının artırılması prioritetdir. Artıq iki istiqamət üzrə ümumi daxili məhsul və dövlət büdcəsinin gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payının artması müşahidə olunur. Artıq ÜDM-in 70 faizinə yaxını qeyri-neft sektorunun payına düşür. Dövlət gəlirlərimizin 46 faizi qeyri-neft sektorunun payına düşür və 2015-ci illə müqayisədə bu, 2 dəfəyə yaxın artım deməkdir.
Azərbaycan bu ildən etibarən daha çox mavi qaz ixrac edəcək
Deputat qeyd edib ki, ixracatda qeyri-neft sektorunun payının artırılması əsas hədəflərdən biridir. Çünki bu, ölkəyə daxil olan valyutanın şaxələndirilməsinə imkan verəcək. Azərbaycan neft ölkəsidir və eyni zamanda bu ildən etibarən daha çox mavi qaz ixrac edəcək. "O baxımdan hələlik gözlənilən ondan ibarətdir ki, neft və qaz sektoru Azərbaycanın ümumi ixracatında əsas məhsul olacaq. Amma təbii ki, qeyri-neft sektorunun inkişafı fonunda qeyri-neft ixracatının artırılması vacibdir"-deyə millət vəkili diqqətə çatdırıb.
Qeyri-neft sektorunun ixracatda payının artırılması mərhələli şəkildə həyata keçirilir
O bildirib ki, 2015-ci illə müqayisədə 2019-cu ildə Azərbaycanın qeyri-neft ixracatı təxminən 2 dəfəyə yaxın artıb. 2021-ci ilin 6 ayın yekunları göstərir ki, Azərbaycanın qeyri-neft ixracatı rekord səviyyədə artıb. Amma bu proses mərhələli olacaq. Çünki bütün hallarda Azərbaycan uzunmüddətli dövrdə enerji istehsal və ixrac edən ölkədir. Qeyri-neft sektorunun ixracatda payının artırılması mərhələli şəkildə həyata keçirilir. İslahatlarda da əsas hədəf odur ki, daha qısa zamanda qeyri-neft sektorunun ixracatda payı artırılsın. İlkin hədəf odur ki, ixracatın həcmində artımlar olmaqla yaxın illərdə ümumi ixracatın üçdəbirinin qeyri-neft sektorunun hesabına formalaşmasına nail olunsun. Növbəti illər üçün həyata keçirilən islahatlar bu hədəfin reallaşmasına imkan verəcək.
"Digər ölkələrinin təcrübəsi göstərir ki, qeyri-neft sektorunun ümumi ixracatda payının artırılması mərhələli prosesdir. İslahatlar davam etdikcə qeyri-neft sektorunun ümumi ixracatda payının artmasını müşahidə edəcəyik"-deyə o əlavə edib.
Azərbaycan ixracatında neft və qaz məhsulları 90 faizə yaxın paya malikdir
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan ixracatında neft və qaz məhsullarının 90 faizə yaxın paya malik olması təəccüblü deyil. İxracatda struktur və keyfiyyət dəyişikliyinə nail olmaq asan məsələ deyil. Yüksək texnoloji tutumlu ixracatın xüsusi çəkisinin artımı üçün ilk növbədə ölkə daxilində istehsal proseslərinin artımına yönəlmiş investisiya siyasətinə ehtiyac var. Bunun üçün adekvat pul-kredit siyasəti olmalıdır. Eyni zamanda əsas qeyri-neft və xüsusilə qeyri-xammal sektoru üzrə ticarət tərəfdaşları ilə texnoloji korporasiyaya, iqtisadi inteqrasiyaya getmək lazımdır. Bununla yanaşı, əsas ixrac bazarlarında effektiv iş aparılmalıdır. Bütün bunlar olmadan qeyri-neft sektoru üzrə ixracatın xeyli dərəcədə artırılmasına nail olmaq mümkün deyil.
"İlk növbədə innovasiya tutumlu investisiyalar artmalı, digər tərəfdən texnoloji korporasiya və regional iqtisadi inteqrasiya sürətlə inkişaf etməlidir"-deyə professor əlavə edib.
Azərbaycanda qeyri-neft sektoru 30,5 faiz artıb
Qeyd edək ki, cari ilin ilk 7 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 milyon dollar və ya 30,5 faiz artıb. 2021-ci ilin yeddi ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 338 milyon dollarla əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37 faiz, pambıq lifi 88,5 faiz, alüminium və ondan hazırlanan məmulatlarda isə 42 faiz artım qeydə alınıb.
Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb.
Yeddi ayda Rusiyaya 467,8 milyon dollar, Türkiyəyə 359,3 milyon dollar, İsveçrəyə 129,5 milyon dollar, Gürcüstana 94 milyon dollar, ABŞ-a isə 33,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.