CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfqanıstanın ən məşhur pop ulduzu Türkiyəyə qaçdı

© Photo : Instagram / aryanasayeedofficialAriana Səid
Ariana Səid - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Abunə olmaq
O, sosial media hesabında artıq İstanbulda olduğunu bildirərək "Sizinlə paylaşacaq çox hekayəm var" – sözlərini yazıb.
BAKI, 19 avqust — Sputnik. Taliban* hakimiyyətə gələndən sonra Kabildən Amerika karqo təyyarəsi ilə qaçanlar arasında Əfqanıstanın ən məşhur qadın müğənnisi Ariana Səid də olub. O, sosial media hesabından artıq İstanbulda olduğunu bildirərək "Sizinlə paylaşacaq çox hekayəm var" – deyə yazıb. Sputnik Azərbaycan bu barədə Türkiyə mediasına istinadla xəbər yayıb.
Sayyed Talibanın* ölkəni şəriət qanunlarına uyğun şəkildə idarə edəcəyini açıqlayandan sonra Əfqanıstanı tərk etmək qərarına gəldiyini bildirib.
Qeyd edək ki, Aryana Sayeed bütün dünyada yayımlanan "The Voice" musiqi müsabiqəsinin Əfqanıstan versiyasında münsiflər heyətinin üzvlərindən biri olub.
36 yaşlı müğənni 1,3 milyon təqibçisinin olduğu "Instagram" hesabında əvvəl "Yaxşıyam, həyatdayam. Çox çətin keçən bir neçə gecədən sonra Qətərə, Dohaya gəlib çata bildim. İndi İstanbul təyyarəsini gözləyirəm" sözlərini paylaşıb. Daha sonra isə artıq İstanbulda olduğu ilə bağlı paylaşım edib.
*Dünyanın əksər ölkələrində qadağan olunmuş terror qruplaşması
Həmçinin oxuyun:
Xalid Hüseyninin Əfqanıstan haqqında yazdığı əsərlərin satışı Rusiyada pik həddə çatıb
Xəbər lenti
0