17:50 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
RUSİYA
Qısa URL
26 0 0

Bu barədə Rusiyanın "LitRes" kitab satışı şirkəti məlumat yayıb. Bildirilib ki, Əfqanıstanda baş verən hadisələrin fonunda Xalid Hüseyninin əsərlərinin satışı əvvəlki həftələrə nisbətən bir neçə dəfə artıb.

BAKI, 18 avqust — Sputnik. Əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin yazdığı kitabların satışı Rusiyada avqustun 16-da pik həddinə çatıb. Bu, Taliban* hərəkatının yerli hakimiyyəti devirdikləri tarixə təsadüf edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın "LitRes" kitab satışı şirkəti məlumat yayıb.

Bildirilib ki, Əfqanıstanda baş verən hadisələrin fonunda Xalid Hüseyninin əsərlərinin satışı əvvəlki həftələrə nisbətən bir neçə dəfə artıb.

Məlumat üçün bildirək ki, Xalid Hüseyni 4 mart 1965-ci ildə Əfqanıstanın paytaxtı Kabildə diplomat ailəsində anadan olub. O, ailəsi ilə birlikdə əvvəlcə Fransaya, daha sonra 1980-ci ildə ABŞ-dan siyasi sığınacaq alaraq oraya köçüb. Gənc yaşlarından Amerikanın Kaliforniya ştatında məskunlaşan Xalid hazırda Şimali Kaliforniyada yaşayır. Onun romanlarının süjeti Əfqanıstanda törədilən faciəvi hadisələr fonunda cərəyan edir, əsərin qəhrəmanları olan adi insanlar müharibə və siyasi çevrilişlərin qurbanlarına çevrilirlər.

Xalid Hüseyninin ilk əsəri "Çərpələng uçuran" romanıdır. Qeyd edək ki, Xalid Hüseyni dünyanın ən çox oxunan kitablarının müəlliflərindən biridir. Onun "Min möhtəşəm Günəş", "Və dağlardan səda gəldi", "Dəniz duası" kimi kitabları dünyada kütləvi tirajlarla satılıb. Məhz Hüseyninin əsərləri Əfqanıstanda qadın və uşaq hüquqlarının vəziyyətindən, terrorla bağlı yaranmış çətinliklərdən, problemlərdən dünyanı agah edib.

Yazıçı həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sülhməramlı səfiri, Əfqanıstan əhalisinə humanitar yardım göstərən "Xalid Hüseyni" qeyri-kommersiya fondunun təsisçisidir.

Eləcə də oxuyun:

Teqlər:
Əfqanıstan, yazıçı, kitab, Rusiya

Əsas mövzular