CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər də mütləq peyvənd olunmalıdırlar

© AR Ministry of Labour and Social Protection of the PopulationSosial
Sosial - Sputnik Azərbaycan, 1920, 18.08.2021
Abunə olmaq
Həkim-kardioloq bildirib ki, koronavirus əleyhinə istifadə olunan preparatların ürək dərmanları ilə birgə istifadəsi çox təhlükəlidir.
 
BAKI, 18 avqust — Sputnik. Dünyada olduğu kimi, Azərbaycanda da ürək xəstəliklərindən əziyyət çəkənlər arasında ölüm halları yeni növ koronavirus (COVID-19) infeksiyasına görə artıb. Ürək-damar xəstələri ilə digər xəstəliklərdən əziyyət çəkənlərin COVID-19-a yoluxmasında xüsusi fərq yoxdur, lakin ürək xəstələri koronavirusu daha ağır keçirirlər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, invaziv kardioloq Qalib İmanov nazirliyin “Instagram” hesabında "Ürək xəstəlikləri və COVID-19" mövzusundakı çıxışında deyib.
Həkim-kardioloq bildirib ki, koronavirus əleyhinə istifadə olunan preparatların ürək dərmanları ilə birgə istifadəsi çox təhlükəlidir. Ona görə də ürək-damar xəstəliklərindən əziyyət çəkənlər koronavirusa yoluxduqda həkimlə məsləhətləşərək düzgün müalicə metodu seçməlidirlər. Risk qrupuna daxil olan hər kəs kimi ürək-damar xəstəliklərindən əziyyət çəkənlər də mütləq peyvənd olunmalıdırlar, çünki ağırlaşmaların qarşısını yalnız vaksinasiya ilə almaq mümkündür. Nəzərə almaq lazımdır ki, COVID-19 əleyhinə istifadə edilən peyvəndlərin yan təsirləri, virusun yan təsirlərindən dəfələrlə azdır. Ürəyində stent olanlar, ümumiyyətlə ürək əməliyyatı keçirən hər kəs mütləq peyvəndlənməlidir. Ağır ürək çatışmazlığı olan xəstələr yüksək risk qrupuna aiddir. Belə xəstələrdə ürəyin əzələ gücü zəif olduğu üçün infeksiyaya yoluxarkən ağırlaşma daha tez baş verir.
Qeyd edək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində yayılıb. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayılan virusu pandemiya elan edərək dünyanı bu virusla mübarizəyə səsləyib.
Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlanılıb. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqlənib. İrandan gələn Rusiya vətəndaşında COVID-19 virusunun müəyyən edilməsindən sonra Azərbaycan İranla sərhədləri iki həftə müddətinə bağlayıb. 
Eləcə də oxuyun:
Səhiyyəmizdə bir ilk yaşandı, polislər bəyənmədilər: həkim cavab verməli olacaq
Alimlər: Sinovac-ın peyvəndi üz iflici riskini artırır
Ekspres COVID testləri: məktəblər sentyabrda açıla bilərmi?
Baş infeksionist: Azərbaycanda koronavirusun növbəti alovlanma dövrü başlayıb
Xəbər lenti
0