https://sputnik.az/20210816/Ekspres-COVID-testleri-mektebler-sentyabrda-acila-bilermi-427709537.html
Ekspres COVID testləri: məktəblər sentyabrda açıla bilərmi?
Ekspres COVID testləri: məktəblər sentyabrda açıla bilərmi?
Sputnik Azərbaycan
Müntəzəm ekspres-testlər yoluxmuş uşaqları onların müəllimlərini, sinif yoldaşlarını və valideynlərini təhlükəyə məruz qoymadan tez bir zamanda müəyyən etməyə... 16.08.2021, Sputnik Azərbaycan
2021-08-16T16:27+0400
2021-08-16T16:27+0400
2021-11-17T00:01+0400
xəbərlər
cəmiyyət
səhiyyə
elm
məktəb
covid-19
epidemiya
koronavirus
test
şagirdlər
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427280715_0:160:3073:1888_1920x0_80_0_0_9dc55903b6c81f3c1032500d884eeb71.jpg
BAKI, 16 avqust — Sputnik. Təhsil ekspertləri məktəblərdə şagirdlərin müntəzəm olaraq ekspres-testdən keçirilməsi təcrübəsinin tətbiqini istisna etmirlər. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu fikir yeni deyil: bu cür təcrübə artıq İngiltərədə də tətbiq olunur. Cari ilin mart ayından etibarən Britaniya məktəblərinin bütün şagirdlərinin həftədə iki dəfə məcburi ekspres-testdən keçmələri tələb olunur. Əgər şagirdlərdən birinin testi pozitiv olarsa, bütün sinif karantinə göndərilir.Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov deyir ki, məktəblilərin COVID-19 testindən keçirilməsi dərslərin bərpası üçün təsirli vasitə ola bilər. Onun fikrincə, böyük summativ qiymətləndirmə və buraxılış imtahanlarının nəticələri ənənəvi sinif dərslərinə daha yaxşı alternativin olmadığını sübut edib. Distant dərslər məktəblilərin tədrisindəki boşluqları doldura bilməyib.Ancaq bir çətinlik var: azərbaycanlı məktəblilərin sayının milyon yarıma yaxın olduğunu nəzərə alsaq, onların mütəmadi sınaqdan keçirilməsi ideyası ölkənin ucqar kəndlərində mümkün olmaya bilər.Ən çox səslənən ssenariEkspertin sözlərinə görə, son vaxtlar daha çox pedaqoji heyətin yoluxma riskini minimuma endirmək üçün ailəsində COVID-19 xəstəsi olan şagirdlərin məktəbə getməsinin müvəqqəti olaraq qadağan edilməsi təklif olunur. Koronavirus məktəblilər üçün böyüklər qədər təhlükəli deyil."Məktəblərlə bağlı bəzi məqamlar bizi narahat edir. Ancaq məktəblilərin koronavirus testindən keçirilməsi, məhdudiyyətlərin tətbiqi (o cümlədən yoluxmuş valideynlərin uşaqları üçün də) uşaqların ənənəvi təhsilə qayıtmasına kömək edəcək", - ekspert qeyd edib.Hamının narahatlığı üçün əsas varAzərbaycan ikinci ildir ki, koronavirus pandemiyasını yaşayır. Buna baxmayaraq, əhalinin yalnız dörddə biri peyvənd olunub - tədris ilinin başlamasına isə cəmi bir ay qalıb. Ekspert hesab edir ki, buna görə də valideynlər məcburi olaraq koronavirusa qarşı peyvənd edilməlidirlər.Qeyd etmək lazımdır ki, məktəblərdə pedaqoqlar təcili olaraq vaksin olunmuş və olunmamış valideynlərin siyahılarını toplayırlar. Bu tələbi Orucov belə izah edib: əgər valideyn öz övladının təhsil alması ilə maraqlanırsa, peyvəndlə də maraqlanmalıdır. Məktəblərin açılacağı təqdirdə real risk faktorunu müəyyən etmək üçün vaksin olunmuş və olunmamış valideynlərin siyahıları Təhsil Nazirliyi tərəfindən tərtib edilir. Bu, məktəblərin sentyabrda açılıb-açılmayacağına birmənalı qərar verilməsinə imkan verəcək. Əgər peyvənd edilən valideynlərin sayı yüksək olarsa, Nazirlər Kabineti müvafiq qərar qəbul edəcək.Əvvəllər müəllimlər peyvənd olunmamış valideynlərin uşaqlarının məktəbə buraxılmayacaqlarını söyləyirdilər ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin (Təhsil hüququ) birbaşa pozulmasıdır. Orucov, öz növbəsində, Təhsil Nazirliyinin vaksin olunmamış şəxsləri cəzalandırmaq niyyətində olmadığına əmin edir.Eləcə də oxuyun:Pandemiya bitməyəcək: planetin bütün sakinləri yoluxmasalar və ya vaksinasiya olunmasalarİsveçrədə pulsuz COVID-19 testlərinin ləğv edilməsi təklif edildiBaş infeksionist: Azərbaycanda koronavirusun növbəti alovlanma dövrü başlayıbKoronavirusa yoluxanların sayında azalma varNazirlik rəsmisi saxta vaksin sertifikatı alanların cəzalanmasını istədi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427280715_170:0:2901:2048_1920x0_80_0_0_20714c2e37e269bdfce7422e09fe8766.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
xəbərlər, məktəb, covid-19, epidemiya, koronavirus, test, şagirdlər, müəllimlər, vaksinasiya, azərbaycan
xəbərlər, məktəb, covid-19, epidemiya, koronavirus, test, şagirdlər, müəllimlər, vaksinasiya, azərbaycan
Ekspres COVID testləri: məktəblər sentyabrda açıla bilərmi?
16:27 16.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Müntəzəm ekspres-testlər yoluxmuş uşaqları onların müəllimlərini, sinif yoldaşlarını və valideynlərini təhlükəyə məruz qoymadan tez bir zamanda müəyyən etməyə imkan verəcək.
BAKI, 16 avqust — Sputnik. Təhsil ekspertləri məktəblərdə şagirdlərin müntəzəm olaraq ekspres-testdən keçirilməsi təcrübəsinin tətbiqini istisna etmirlər.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu fikir yeni deyil: bu cür təcrübə artıq İngiltərədə də tətbiq olunur. Cari ilin mart ayından etibarən Britaniya məktəblərinin bütün şagirdlərinin həftədə iki dəfə məcburi ekspres-testdən keçmələri tələb olunur. Əgər şagirdlərdən birinin testi pozitiv olarsa, bütün sinif karantinə göndərilir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov deyir ki, məktəblilərin COVID-19 testindən keçirilməsi dərslərin bərpası üçün təsirli vasitə ola bilər. Onun fikrincə, böyük summativ qiymətləndirmə və buraxılış imtahanlarının nəticələri ənənəvi sinif dərslərinə daha yaxşı alternativin olmadığını sübut edib. Distant dərslər məktəblilərin tədrisindəki boşluqları doldura bilməyib.
Ancaq bir çətinlik var: azərbaycanlı məktəblilərin sayının milyon yarıma yaxın olduğunu nəzərə alsaq, onların mütəmadi sınaqdan keçirilməsi ideyası ölkənin ucqar kəndlərində mümkün olmaya bilər.
Ekspertin sözlərinə görə, son vaxtlar daha çox pedaqoji heyətin yoluxma riskini minimuma endirmək üçün ailəsində COVID-19 xəstəsi olan şagirdlərin məktəbə getməsinin müvəqqəti olaraq qadağan edilməsi təklif olunur. Koronavirus məktəblilər üçün böyüklər qədər təhlükəli deyil.
"Məktəblərlə bağlı bəzi məqamlar bizi narahat edir. Ancaq məktəblilərin koronavirus testindən keçirilməsi, məhdudiyyətlərin tətbiqi (o cümlədən yoluxmuş valideynlərin uşaqları üçün də) uşaqların ənənəvi təhsilə qayıtmasına kömək edəcək", - ekspert qeyd edib.
Hamının narahatlığı üçün əsas var
Azərbaycan ikinci ildir ki, koronavirus pandemiyasını yaşayır. Buna baxmayaraq, əhalinin yalnız dörddə biri peyvənd olunub - tədris ilinin başlamasına isə cəmi bir ay qalıb. Ekspert hesab edir ki, buna görə də valideynlər məcburi olaraq koronavirusa qarşı peyvənd edilməlidirlər.
Qeyd etmək lazımdır ki, məktəblərdə pedaqoqlar təcili olaraq vaksin olunmuş və olunmamış valideynlərin siyahılarını toplayırlar. Bu tələbi Orucov belə izah edib: əgər valideyn öz övladının təhsil alması ilə maraqlanırsa, peyvəndlə də maraqlanmalıdır. Məktəblərin açılacağı təqdirdə real risk faktorunu müəyyən etmək üçün vaksin olunmuş və olunmamış valideynlərin siyahıları Təhsil Nazirliyi tərəfindən tərtib edilir. Bu, məktəblərin sentyabrda açılıb-açılmayacağına birmənalı qərar verilməsinə imkan verəcək. Əgər peyvənd edilən valideynlərin sayı yüksək olarsa, Nazirlər Kabineti müvafiq qərar qəbul edəcək.
Əvvəllər müəllimlər peyvənd olunmamış valideynlərin uşaqlarının məktəbə buraxılmayacaqlarını söyləyirdilər ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin (Təhsil hüququ) birbaşa pozulmasıdır. Orucov, öz növbəsində, Təhsil Nazirliyinin vaksin olunmamış şəxsləri cəzalandırmaq niyyətində olmadığına əmin edir.
Pandemiya bitməyəcək: planetin bütün sakinləri yoluxmasalar və ya vaksinasiya olunmasalar
Baş infeksionist: Azərbaycanda koronavirusun növbəti alovlanma dövrü başlayıb