CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan üçün qaçılmaz variant: Paşinyanın imza atdığını yerinə yetirməyə borcludur

© Official website of President of Azerbaijan RepublicОткрытие железнодорожного вокзала в Габале и однолинейной железной дороги ст. Ляки-Габала
Открытие железнодорожного вокзала в Габале и однолинейной железной дороги ст. Ляки-Габала - Sputnik Azərbaycan, 1920, 18.08.2021
Abunə olmaq
Politoloq və iqtisadçı deputat hesab edirlər ki, kommunikasiyaların bərpa edilməsi həm də regionun inkişafı baxımından vacibdir. Bu, eləcə də Zəngəzur dəhlizinin daha tez reallaşması baxımından vacib hesab edilir.
BAKI, 18 avqust — Sputnik. Çərşənbə axşamı, avqustun 17-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun iclası keçirilib. Tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini nəzərdən keçirib, Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 11 yanvar 2021-ci il tarixli bəyanatı çərçivəsində görülən işlərin gedişatını müzakirə ediblər.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, kifayət qədər həssas bölgə olan Cənubi Qafqazda kommunikasiyaların bərpası davamlı sülh və iqtisadi əməkdaşlıq baxımından vacibdir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində kommunikasiya əlaqələri dayanmışdı. Kommunikasiyaların bərpa edilməsi həm də regionun inkişafı baxımından vacibdir. Bu, eləcə də Zəngəzur dəhlizinin daha tez reallaşması baxımından vacib hesab edilir.
Millət vəkili bildirib ki, kommunikasiyaların bərpası yalnız Cənubi Qafqaz ölkələri üçün deyil, eyni zamanda digər dövlətlər, o cümlədən iqtisadi və strateji baxımdan Rusiya, Türkiyə və İran üçün də vacibdir. Bu addım regionun inkişafına və eyni zamanda qonşu dövlətlərlə əməkdaşlığın gücləndirilməsinə imkan verəcək. Çünki həmin kommunikasiyalardan yalnız region ölkələrinin deyil, eyni zamanda Rusiya, Türkiyə və İranın da istifadə imkanları olacaq. Bu kontekstdən kommunikasiyaların bərpa edilməsi vacib prosesdir.
"Gözlənilir ki, bu mərhələdə kommunikasiyaların bərpası həm regionun, həm də daha geniş coğrafiyada bölgənin inkişafını stimullaşdıracaq", - deyən deputat bildirib ki, bu, qeyri-neft məhsullarının istehsalının gücləndirilməsinə, ölkələr arasında ticari və iqtisadi münasibətlərin dərinləşməsinə, eyni zamanda ölkənin ticari və iqtisadi potensialından daha geniş istifadə edilməsinə imkan verəcək.
"Bu kontekstdən də indiki mərhələdə davamlı sülh və geniş iqtisadi inkişaf üçün kommunikasiyaların bərpası əsas prioritetlərdən biri kimi xarakterizə olunur", - deyə o əlavə edib.

Əsas resurs zamandır

Politoloq Tofiq Abbasovun fikrincə, hazırda ən vacib və dəyərli resurs zamandır.
“Faktiki olaraq indi əsas resurs zamandır – hərbi əməliyyatlar bitib, qalib müəyyən olub, uduzan var, bu, Ermənistandır, üstəlik, o, sülhü də istəmir, onu qazanmağı da”, - Abbasov Sputnik Azərbaycan-la söhbətində deyib.
Onun sözlərinə görə, Azərbaycan-Rusiya-Ermənistan formatında işlərin bərpası nəhayət ki, üç ölkənin liderlərinin üçtərəfli bəyanatında yer alan proseslərin tətbiq fazasına keçdiyinə və qeyd olunmuş fəaliyyətlər üzrə konkret işlərin başlanacağına əminliyi artırır.
“Bu, erməni tərəfin marağındadır, çünki o, baş nazir Nikol Paşinyanın imza atdığı öhdəlikləri yerinə yetirməyə borcludur. Digər tərəfdən, bu, Ermənistan üçün çox çətin şəraitdən çıxaraq müəyyənliyə doğru istiqamət götürməkdə yeganə imkandır. Bu baxımdan onu unikal hadisə hesab etmək olar: çünki qalib tərəf məğluba lağ etmir, əksinə, yardım əli uzadır, dəstək göstərmək barədə niyyətini bildirir. Azərbayanla yanaşı, bunu Türkiyə və Rusiya da edirlər”, - Abbasov deyib.
Politoloqun sözlərinə görə, erməni tərəfi artıq başa düşməlidir ki, onun mövqeyi dəqiq və anlaqlı olmalıdır, çünki əgər hərbi əməliyyatlar yoxdursa, o zaman sırf dinc proseslərin reallaşdırılmasına da heç bir maneə yoxdur. 
“Otuz illik işğal ərzində erməni tərəf bir çox təşəbbüslərin tam reallaşdırılmasına mane olub. İndi, müharibə bitdikdən sonra, eskalasiyanın bundan belə də artırılmasının faktiki olaraq mənası qalmır. İndi əksinə, birgə iş başlamalıdır. Ermənistan normal ölkə ola, regional layihələrin bir hissəsi ola bilər və bununla göstərər ki, qisasçılıq siyasəti və təcriddən əl çəkib qarşılıqlı təsir siyasətinə keçməyi bacarır. Ola bilər ki, bu, psixoloji cəhətdən onlara çətindir, ancaq eyni zamanda qaçılmaz variantdır. Bu, ilk növbədə məhz ağır sosial-iqtisadi şəraitdə olan Ermənistan üçün sərfəlidir”, - Sputnik Azərbaycan-ın həmsöhbəti deyib.

Üçtərəfli işçi qrupun fəaliyyəti

Dünən Moskvada keçirilən növbəti görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, onun ermənistanlı həmkarı Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.
Xatırladaq ki, bu il yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan regionda nəqliyyat və iqtisadi əlaqələrin nizama salınması üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Yanvar ayında Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun ilk iclası keçirilib.
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi ilə keçən üçtərəfli işçi qrupunun iclasında Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olunub.
İclasda 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın 9-cu bəndindən, eləcə də 2021-ci il yanvarın 11-də imzalanmış bəyanatın 2-ci, 3-cü və 4-cü bəndlərindən irəli gələn vəzifələrin icrası məsələləri nəzərdən keçirilib.
Eləcə də oxuyun:
İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Azərbaycanda iqtisadi artım bərpa olunub
Azərbaycan iqtisadiyyatında baş verənlər: Ölkəyə yenə milyardlar axacaq
Zəngilanlıların "ağıllı kənd"ə köçürüləcəyi tarix açıqlandı – RƏSMİ
İlham Əliyev: "Qaragöl də bizimdir, başqa yerlər də bizimdir"
Politoloq: “Qafqazın gələcək inkişafı əməkdaşlıq münasibətlərinin qurulmasından keçir”
Əliyev: Ermənistan müharibəyə hazırlaşır?! Belədirsə, biz qabaqlayıcı tədbirlər görəcəyik
Paşinyan yalandan sülhməramlı cildinə girib - Korotçenko
Xəbər lenti
0