CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ögey uşaqlarına əzab verən qadın barədə cinayət işi başlandı

© AP Photo / Mosa'ab ElshamyДети, фото из архива
Дети, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.08.2021
Abunə olmaq
Qadının müxtəlif vaxtlarda 2013 və 2014-cü il təvəllüdlü ögey övladlarını mütamadi olaraq döydüyü, onlara çoxsaylı bədən xəsarətləri yetirdiyi müəyyən edilib.
BAKI, 18 avqust — Sputnik. Ağstafa şəhəri ərazisində iki azyaşlı uşağa qarşı zorakı hərəkətlər edilməsi barədə məlumatlar yayılıb. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Gəncə şəhər sakini Həsənova Zəminə Valeh qızının nəvələrinin zorakılığa məruz qalmasına dair müraciəti əsasında Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma ilə Mehralıyeva Səadət Həmid qızının müxtəlif vaxtlarda 2013 və 2014-cü il təvəllüdlü ögey övladlarına mütamadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə əzab verərək onlara çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağstafa Rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılıb.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında uşaqlara qarşı zorakılıqdan danışaraq bildirmişdi ki, uşaq nikahlarının, uşaqlara qarşı zorakılıq faktlarının, eyni zamanda da onların təhsildən uzaqlaşması hallarının azalmasının yox səviyyəsinə çatdırılması, bununla belə, məcburi əməyə cəlbedilməsi ilə bağlı primitiv mexanizmlərin təkmilləşdirilməsi və ümumiyyətlə, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi və ötən il uşaq hüquqlarının müdafiəsi ilə bağlı Milli Fəaliyyət Planı qəbul edilib.
"Lakin qeyd edim ki, buna baxmayaraq Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı problemlər var. Küçə uşaqlarının sayı ildən-ilə azalsa da, barmaqla sayılası qədər olsa da, hələlik bu problem də qalmaqdadır. Zorakılıq, uşaqları nikaha məcburetmə halları var. Ona görə də primitiv mexanizmlərin gücləndirilməsi üçün tədbirlər davam etdirilməlidir", - deyə o bildirib.
İnternat müəssisələrində zorakılıq faktlarına gəldikdə isə E.Səfərov daha öncəki çıxışında da bildirmişdi ki, 2019-2021-ci illərdə internat müəssisələrində heç bir uşaq zorakılığı faktı qeydə alınmayıb. Bu barədə Daxili İşlər Nazirliyindən əldə etdiyimiz sorğuda qeyd edilir.
Eləcə də oxuyun:
Biləsuvarda qan donduran olay - qadın bir yaşlı körpəsini kanala niyə atdı?
Bakıda dəhşət: Ögey qardaş qadının övladlarına qarşı ağlasığmaz zorakılıq edib
Ata 12 yaşlı oğlunu ağaca bağlayaraq döydü
Xəbər lenti
0