BAKI, 27 iyul — Sputnik. Ata 12 yaşlı oğlunu ağaca bağlayaraq döyüb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumatda qeyd olunub ki, Tovuzda atanın 12 yaşlı oğlunu zəncirlə ağaca bağlayaraq döyməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. Uşağın atası Şahin Mustafayev onu ağac parçası ilə döyüb. Nəticədə o, xəsarət alıb. "Hazırda məsələ ilə bağlı araşdırma aparılır və məsələyə aparılan araşdırmalardan sonra hüquqi qiymət veriləcək", - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, bir neçə gün öncə də bənzər hadisə baş vermişdi. Belə ki, Bakıda valideynlər 5 yaşlı uşağa dəhşətli işgəncə vermişdilər. Azyaşlı oğlan anası və onun sevgilisi tərəfindən işgəncəyə məruz qalmışdı.
Həmçinin oxuyun:
* Bakıda valideynlər 5 yaşlı uşağa dəhşətli işgəncə verib - İş prokurorluğun nəzarətindədir
* Daha bir uşaq zorakılıq qurbanı oldu, prokurorluq işə qoşuldu