Əfqanıstandan qaçan prezident xəstəxanaya düşüb

© AP Photo / Mariam ZuhaibПрезидент Афганистана Ашраф Гани, фото из архива
Президент Афганистана Ашраф Гани, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.08.2021
Xəbərlərə abunə olun
Qeyd olunur ki, Əfqanıstanın sabiq prezidenti bir neçə saat əvvəl xəstəxanaya gətirilib və vəziyyəti getdikcə pisləşir.
BAKI, 18 avqust — Sputnik. Əfqanıstandan qaçan prezident Əşrəf Qəni BƏƏ-nin paytaxt Əbu-Dabidə xəstəxanaya yerləşdirilib. 
Sputnik Azərbaycan bildirir ki, bu barədə İranın YJC agentliyi öz mənbələrinə istinadən xəbər verir.
Qeyd olunur ki, o, bir neçə saat əvvəl xəstəxanaya gətirilib və vəziyyəti getdikcə pisləşir.
Əfqanıstanda vəziyyət avqustun birinci dekadasında xüsusilə kəskinləşdi. Həmin dövrdə taliblər hökumət qüvvələrinə qarşı hücumları gücləndirdilər. Onların nəzarətində olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən Pəncşirdir.
Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq Üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Əfqan uşağı himayəsinə götürmək istəyən Xalq artisti tənqidlərə tuş gəlib
Politoloq: “Kimsə Əfqanıstanda tezliklə stabilliyin yaranacağını düşünürsə, yanılır”
Kabildən təxliyə davam edir. Əfqanıstandakı vəziyyətlə bağlı nə məlumdur?
Müdafiə nazirinin İnterpoldan xahişi: Əşrəf Qənini həbs edin
Lavrov: Taliban* hakimiyyətinin tanınmasından danışmaq hələ tezdir
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала