CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Budəfəki "Animafilm" festivalı çox fərqli olacaq

© AP Photo / Julio CortezКинопленка, фото из архива
Кинопленка, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.08.2021
Abunə olmaq
Ağamalıyev festivalın tədbirlərinə girişin ödənişli olduğunu vurğulayıb. Bilet satışından əldə olunan gəlir fiziki məhdudiyyətli uşaqların ehtiyacları üçün sərf ediləcək.
 
BAKI, 18 avqust — Sputnik. "Peri Film" MMC şirkətinin təşkilatçılığı ilə sentyabrın 3-dən 7-dək Bakıda canlı formada IV "Animafilm" Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən "Animafilm" Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor Rəşid Ağamalıyevin verdiyi məlumata görə, festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək: "Builki festivalın mövzusu "Əlillik" adlanır. "Animafilm" festivalı boyunca tamaşaçılar həyəcanlı bir müsabiqəyə şahidlik edəcəklər. 40 müxtəlif ölkədən 134 əsərin daxil olduğu müsabiqədə iştirakçılar 12 yerli və xarici müsabiqə kateqoriyası üzrə mükafatlar uğrunda yarışacaqlar".
Bundan başqa, rejissorun sözlərinə görə, festivalın müsabiqədənkənar və peşəkar proqramları da bu il çox zəngindir. Festival zamanı Polşa, Özbəkistan, Fransa filmləri və animasiya vorkşopları nümayiş olunacaq. Festival rəhbəri bildirib ki, əlilliyi olan şəxslərin festivalda iştirakı üçün ödənişsiz nəqliyyat təmin ediləcək. Öncədən qeydiyyatdan keçmək vacibdir. Tədbirdə iştirak Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında tənzimlənəcək:
"Müsabiqə proqramının bütün filmləri orijinal dilində ingiliscə altyazı ilə, bəzi xarici filmlər isə azərbaycanca altyazı ilə nümayiş etdiriləcək. Festivalın məqsədi Azərbaycanda animasiya sənətinin inkişafını dəstəkləmək, animasiya filmlərinin nümayişi və animasiya kinosu üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni Azərbaycan animasiya filmlərinin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etməkdir".
Ağamalıyev festivalın tədbirlərinə girişin ödənişli olduğunu vurğulayıb. Bilet satışından əldə olunan gəlir fiziki məhdudiyyətli uşaqların ehtiyacları üçün sərf ediləcək. Festival iki məkanda - AKİ - Azərbaycan Kinematoqrafçılar İttifaqı. Ünvan: Həsən Seyidbəyli 18 və Salaam Cinema. Ünvan: Süleyman Rüstəm 10-da baş tutacaq. Biletləri burada əldən edə bilərsiniz.
Məlumat üçün bildirək ki, "Animafilm" Beynəlxalq Animasiya Festivalı 2018-ci ildə gənc rejissor Rəşid Ağamalıyev tərəfindən təsis olunub. Rəşid Ağamalıyev Çexiyada kinematoqrafiya üzrə təhsil alıb. 2010-cu ildən kino səhəsinə gələn gənc rejissor və prodüser 2016-cı ildən etibarən animasiya filmləri ilə məşğuldur.
Eləcə də oxuyun:
Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?
"Maşa və Ayı"nın növbəti buraxılışı Azərbaycanın xalq nağılı əsasında hazırlanıb
Bakıda 12-ci Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
"Animafilm" festivalından uşaqlara jest - bu dəfə onlar münsif olacaqlar
Fainanın sirri: Fransada Azərbaycanla bağlı tarixi hadisə yaşanır
Xəbər lenti
0