CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toy qaydalarının pozulmasına görə 6 nəfər cərimələnib, 33 nəfər şənliyə buraxılmayıb

© Sputnik / Rahim MuradovLənkəranda sərt karantin rejimi
Lənkəranda sərt karantin rejimi - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
Bakı şəhərində və respublika ərazisində 77 toy şənliyinin monitorinqi həyata keçirilib. Monitorinq 57 şadlıq sarayında, 20 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
BAKI, 17 avqust — Sputnik. Ötən gün Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 17 toy şənliyinin monitorinqini həyata keçiriblər.
DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 13 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 33 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Qeyd edək ki, ötən gün isə Bakı şəhərində və respublika ərazisində 77 toy şənliyinin monitorinqi həyata keçirilib. Monitorinq 57 şadlıq sarayında, 20 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 21 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 341 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Həmçinin oxuyun:
Üç rayonun iaşə müəssisələri cərimələnib
Xəbər lenti
0