https://sputnik.az/20210817/Lavrov-beyan-edib-ki-Rusiya-Avropa-Ittifaq-il-temaslarin-berpasina-hazirdir-427719613.html
Lavrov bəyan edib ki, Rusiya Avropa İttifaqı ilə təmasların bərpasına hazırdır
Lavrov bəyan edib ki, Rusiya Avropa İttifaqı ilə təmasların bərpasına hazırdır
Sputnik Azərbaycan
Diplomat qeyd edib ki, qurum 2014-cü ildə Krımda referendumun keçirilməsindən sonra Moskva ilə təmasların qrafiki üzərindən xətt çəkib. 17.08.2021, Sputnik Azərbaycan
2021-08-17T17:20+0400
2021-08-17T17:20+0400
2021-08-17T16:40+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/05/0b/426932147_0:160:3075:1890_1920x0_80_0_0_4fb692f06e169e31a323cc5ab0ffc8ed.jpg
BAKI, 17 avqust — Sputnik. Rusiya Avropa İttifaqı (Aİ) ilə istənilən təması bərpa etməyə hazırdır – bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər yayıb.Diplomat qeyd edib ki, Aİ 2014-cü ildə Krımda referendumun keçirilməsindən sonra Moskva ilə təmasların qrafiki üzərindən xətt çəkib.İyul ayının ortalarında İttifaq ölkələrinin XİN rəhbərləri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini formal olaraq daha 6 ay, 2022-ci ilin yanvar ayının 31-nə kimi uzadıb. Əvvəlcə bu sanksiyalar Aİ tərəfindən 2014-cü ilin 31 iyulunda bir illik müddətə tətbiq olunmuşdu. 2015-ci ilin mart ayında sanksiyaların müddəti "Minsk razılaşmasının tam yerinə yetirilməməsi" ilə əlaqələndirildi və həmin dövrdən etibarən 6 il dalbadal uzadılır.Avropa İttifaqı ölkələri hər dəfə sanksiyaların uzadılması ilə bağlı qərar qəbul etməmişdən əvvəl Minsk razılaşmasının necə yerinə yetirilməsini nəzərə alır.Moskva isə cavab tədbirləri görərək bəyan edib ki, onunla sanksiya dili ilə danışmaq heç bir nəticə verməyəcək. Rusiya dəfələrlə bəyan edib ki, Ukraynadakı münaqişədə tərəf və onun tənzimlənməsi üzrə Minsk razılaşmasının subyekti deyil.Həmçinin oxuyun:Lavrov beynəlxalq quruma Qarabağla bağlı təklif verdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/0b/426932147_172:0:2903:2048_1920x0_80_0_0_ffc7c6d614219aadb7ea588627d7e79b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Lavrov bəyan edib ki, Rusiya Avropa İttifaqı ilə təmasların bərpasına hazırdır
Diplomat qeyd edib ki, qurum 2014-cü ildə Krımda referendumun keçirilməsindən sonra Moskva ilə təmasların qrafiki üzərindən xətt çəkib.
BAKI, 17 avqust — Sputnik. Rusiya Avropa İttifaqı (Aİ) ilə istənilən təması bərpa etməyə hazırdır – bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər yayıb.
Diplomat qeyd edib ki, Aİ 2014-cü ildə Krımda referendumun keçirilməsindən sonra Moskva ilə təmasların qrafiki üzərindən xətt çəkib.
İyul ayının ortalarında İttifaq ölkələrinin XİN rəhbərləri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini formal olaraq daha 6 ay, 2022-ci ilin yanvar ayının 31-nə kimi uzadıb. Əvvəlcə bu sanksiyalar Aİ tərəfindən 2014-cü ilin 31 iyulunda bir illik müddətə tətbiq olunmuşdu. 2015-ci ilin mart ayında sanksiyaların müddəti "Minsk razılaşmasının tam yerinə yetirilməməsi" ilə əlaqələndirildi və həmin dövrdən etibarən 6 il dalbadal uzadılır.
Avropa İttifaqı ölkələri hər dəfə sanksiyaların uzadılması ilə bağlı qərar qəbul etməmişdən əvvəl Minsk razılaşmasının necə yerinə yetirilməsini nəzərə alır.
Moskva isə cavab tədbirləri görərək bəyan edib ki, onunla sanksiya dili ilə danışmaq heç bir nəticə verməyəcək. Rusiya dəfələrlə bəyan edib ki, Ukraynadakı münaqişədə tərəf və onun tənzimlənməsi üzrə Minsk razılaşmasının subyekti deyil.