Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Lavrov beynəlxalq quruma Qarabağla bağlı təklif verdi

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidSergey Lavrov
Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
"Məncə, həmin ərazi aşıq-aşkar iqtisadi gəlirə sahib olacaq. Bizim yaxın qonşuluğumuzdakı regionun bu hissəsində iqtisadi inkişaf Rusiyanın aktiv iştirakı ilə getməlidir", – deyə Rusiya XİN rəhbəri bildirib.
BAKI, 17 avqust — Sputnik. Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Avtomobil Yükdaşımaları Assosiasiyasına infrastrukturun bərpa olunduğu Qarabağda fəaliyyət imkanlarını nəzərdən keçirməyi təklif edib. Bu barədə Sputnik Azərbaycan xəbər yayıb.
"İndi orada infrastrukturun, avtomobil yollarının bərpası ilə bağlı aktiv iş gedir. Ona görə də xahiş olunur ki, bu perspektivli ərazi diqqətdə saxlanılsın. Məncə, həmin ərazi aşıq-aşkar iqtisadi gəlirə sahib olacaq. Bizim yaxın qonşuluğumuzdakı regionun bu hissəsində iqtisadi inkişaf Rusiyanın aktiv iştirakı ilə getməlidir", – deyə Lavrov Beynəlxalq Avtomobil Yükdaşımaları Assosiasiyasının üzvləri ilə görüşdə bildirib.
Həmçinin oxuyun:
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar
Xəbər lenti
0