SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov: Taliban* hakimiyyətinin tanınmasından danışmaq hələ tezdir

© AP Photo / Sidiqullah KhanБоевики движения "Талибан" в Афганистане, фото аз архива
Боевики движения Талибан в Афганистане, фото аз архива  - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
Rusiyanın xarici işlər naziri bəyan edib ki, Rusiya Əfqanıstanın bütün siyasi qüvvələri ilə dialoqa başlamağa hazırdır.
BAKI, 17 avqust — Sputnik. Rusiya da digər ölkələr kimi talibləri (Taliban* hərəkatının üzvlərini) Əfqanıstan hakimiyyəti kimi tanımağa tələsmir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə görüşündə bəyan edib.
"Bütün digər ölkələr kimi biz də talibləri tanımağa tələsmirik", – deyə diplomat vurğulayıb.
Lavrov onu da bildirib ki, Rusiya Əfqanıstanın bütün siyasi qüvvələri ilə dialoqa başlamağa hazırdır.
"Biz Əfqanıstanın bütün siyasi etno-konfessional qüvvələrinin iştirakı ilə əhatəli milli dialoqun başlamasını dəstəkləyirik. Keçmiş prezident Həmid Kərzai və Milli Barışıq Şurasının sədri Abdulla Abdulla artıq bu prosesin xeyrinə çıxış ediblər. Onlar hazırda Kabildədirlər və belə bir təklif irəli sürüblər", – deyə Lavrov vurğulayıb.
Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq Üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması
Həmçinin oxuyun:
Lavrov bəyan edib ki, Rusiya Avropa İttifaqı ilə təmasların bərpasına hazırdır
Lavrov beynəlxalq quruma Qarabağla bağlı təklif verdi
Xəbər lenti
0