CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Emin Ağalarov Müslüm Maqomayevlə bağlı paylaşım edib

© Sputnik / Mediabanka keçidИзвестный певец Муслим Магомаев
Известный певец Муслим Магомаев - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
Görüntülərdə Ağalarovun Maqomayevlə çəkdirdiyi uşaqlıq fotosu da yer alıb. Xalq artistinin bu paylaşımına 141 min bəyənmə gəlib.
BAKI, 17 avqust — Sputnik. Bu gün görkəmli Azərbaycan və sovet opera, estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür. Xalq artisti Emin Ağalarov bununla bağlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, sənətçi "instagram" hesabında Müslüm Maqomayevlə olan arxiv görüntülərini yayımlayıb.
Ağalarov paylaşımına bu sözləri əlavə edib:
"Ad gününüz mübarək, Müslüm Maqomayev, siz həmişə yanımızdasınız, xatırlayırıq, sevirik, darıxırıq..."
Görüntülərdə Ağalarovun Maqomayevlə çəkdirdiyi uşaqlıq fotosu da yer alıb. Xalq artistinin bu paylaşımına 141 min bəyənmə gəlib.
Məlumat üçün bildirək ki, bu gün Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 79-cu ildönümüdür. Dünya şöhrətli müğənni Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
Həmçinin oxuyun:
Sənət yoldaşları Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşüb
Xəbər lenti
0