https://sputnik.az/20210817/Aqrar-sahd-iaxtaranlar-n-yeni-sayt-yaradlb-427717942.html
Aqrar sahədə işaxtaranlar üçün yeni sayt yaradılıb
Aqrar sahədə işaxtaranlar üçün yeni sayt yaradılıb
Sputnik Azərbaycan
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan portalda iş yerləri, işçi axtarışında olan şirkət və müəssisələr barədə məlumatlar yerləşdirilib. 17.08.2021, Sputnik Azərbaycan
2021-08-17T23:42+0400
2021-08-17T23:42+0400
2021-11-17T00:01+0400
xəbərlər
iqtisadiyyat
cəmiyyət
iş
işaxtaran və işsiz vətəndaşlar
portal
sayt
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426238864_0:8:3073:1736_1920x0_80_0_0_c29bc508b58b4b684c38bd7e3c0e368b.jpg
BAKI, 17 avqust — Sputnik. Kənd təsərrüfatı sahəsində məşğulluq imkanlarının genişləndirilməsi, aqrar sahədə fəaliyyət göstərmək istəyən şəxslərin daha asan iş tapması üçün yeni sayt yaradılıb. Sputnik Azərbaycan xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan aqrokadr.az karyera portalında aqrar sahə üzrə təqdim olunan iş yerləri, işçi axtarışında olan şirkət və müəssisələr barədə məlumatlar yerləşdirilib.Eyni zamanda, işəgötürənlərə karyera portalının "Namizədlər" bölməsində işsiz, eləcə də işaxtaran şəxslərin təhsil və iş təcrübəsi ilə tanış olmaq imkanı yaradılıb.Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə tərəfdaşlığı ilə aqrokadr.az karyera portalının onlayn təqdimatı keçirilib. Tədbirdə Milli Məclisin üzvləri, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri və sahibkarlar iştirak ediblər.Tədbirdə çıxış edənlər portalı aqrar əmək bazarı üzrə işçilərin və işəgötürənlərin faydalana biləcəyi etibarlı və mötəbər karyera məlumat mənbəyi adlandırıblar. Türkiyəli sahibkar Bilal Dündar çıxış edərək Azərbaycanın aqrar mütəxəssisləri öz ölkəsində işləməyə dəvət edib, bunun üçün rəhbərlik etdiyi müəssisədə mövcud olan vakansiyaların aqrokadr.az portalında yerləşdirilməsini təklif edib.Daha sonra aqrokadr.az saytı ilə bağlı praktiki təqdimat olub. İştirakçılara məlumat verilib ki, portal iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı iş axtarışının stimullaşdırılmasını hədəfləyir.Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini, Təhsil sektorunun müdiri Emin Əliyev qeyd edib ki, aqrokadr.az saytı aqrar sahədə çalışan, təhsil alan və ixtisaslaşan mütəxəssislərlə aqrar müəssisələr arasında körpü rolunu oynayacaq. O, portalın üç prinsip operativlik - imkanlara, dəyişikliklərə və risklərə çevik münasibət, şəffaflıq - karyera quruculuğunda, o cümlədən aqrar sektorda peşələrin və peşəkarların açıq inkişafına dəstək, peşəkarlıq - fəaliyyətlərin icrasına əsaslandırılmış effektiv və səmərəli yanaşma ilə fəaliyyət göstərəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.Həmçinin oxuyun:Hamını Bakıda işə götürə bilmərik - Emin Əmrullayev vakansiyalar məsələsini şərh edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426238864_143:0:2874:2048_1920x0_80_0_0_e040446dfec16acaad392751efe37fc2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, iş, işaxtaran və işsiz vətəndaşlar, portal, sayt, azərbaycan
xəbərlər, iş, işaxtaran və işsiz vətəndaşlar, portal, sayt, azərbaycan
Aqrar sahədə işaxtaranlar üçün yeni sayt yaradılıb
23:42 17.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan portalda iş yerləri, işçi axtarışında olan şirkət və müəssisələr barədə məlumatlar yerləşdirilib.
BAKI, 17 avqust — Sputnik. Kənd təsərrüfatı sahəsində məşğulluq imkanlarının genişləndirilməsi, aqrar sahədə fəaliyyət göstərmək istəyən şəxslərin daha asan iş tapması üçün yeni sayt yaradılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan aqrokadr.az karyera portalında aqrar sahə üzrə təqdim olunan iş yerləri, işçi axtarışında olan şirkət və müəssisələr barədə məlumatlar yerləşdirilib.
Eyni zamanda, işəgötürənlərə karyera portalının "Namizədlər" bölməsində işsiz, eləcə də işaxtaran şəxslərin təhsil və iş təcrübəsi ilə tanış olmaq imkanı yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə tərəfdaşlığı ilə aqrokadr.az karyera portalının onlayn təqdimatı keçirilib. Tədbirdə Milli Məclisin üzvləri, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər portalı aqrar əmək bazarı üzrə işçilərin və işəgötürənlərin faydalana biləcəyi etibarlı və mötəbər karyera məlumat mənbəyi adlandırıblar. Türkiyəli sahibkar Bilal Dündar çıxış edərək Azərbaycanın aqrar mütəxəssisləri öz ölkəsində işləməyə dəvət edib, bunun üçün rəhbərlik etdiyi müəssisədə mövcud olan vakansiyaların aqrokadr.az portalında yerləşdirilməsini təklif edib.
Daha sonra aqrokadr.az saytı ilə bağlı praktiki təqdimat olub. İştirakçılara məlumat verilib ki, portal iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı iş axtarışının stimullaşdırılmasını hədəfləyir.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini, Təhsil sektorunun müdiri Emin Əliyev qeyd edib ki, aqrokadr.az saytı aqrar sahədə çalışan, təhsil alan və ixtisaslaşan mütəxəssislərlə aqrar müəssisələr arasında körpü rolunu oynayacaq. O, portalın üç prinsip operativlik - imkanlara, dəyişikliklərə və risklərə çevik münasibət, şəffaflıq - karyera quruculuğunda, o cümlədən aqrar sektorda peşələrin və peşəkarların açıq inkişafına dəstək, peşəkarlıq - fəaliyyətlərin icrasına əsaslandırılmış effektiv və səmərəli yanaşma ilə fəaliyyət göstərəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Hamını Bakıda işə götürə bilmərik - Emin Əmrullayev vakansiyalar məsələsini şərh edib