CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Payızlıq taxıl sahələrini sığortalamaq neçəyədir?

© AP Photo / Charlie RiedelПшеничное поле, фото из архива
Пшеничное поле, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.
 
BAKI, 16 avqust — Sputnik. Azərbaycanda payızlıq taxıl əkini mövsümü yaxınlaşır. Aqrar Sığorta Fondu bəyan edir ki, fermerlər əkin sahələrini və yığılacaq məhsulu müxtəlif risklərdən, o cümlədən yanğın, dolu, zərərvericilər, xəstəliklər və 3-cü şəxslərin vurduğu zərərdən qorumaq barədə indidən düşünməlidirlər.
Sputnik Azərbaycan-ın məlumatına görə, ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi vasitəsilə taxıl sahələrini sadalanan risklərdən qorumaq mümkündür. Aqrar sığorta qaydalarına əsasən, fermerlər və sahibkarlar tərəfindən ödənilən sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Təqribən 1200 manatlıq taxıl yığılan 1 hektar sahəni yanğından, doludan və digər hadisələrdən qorumaq üçün sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) belədir:
Qarabağ regionunda - 10 manat
Şərqi Zəngəzur regionunda - 10 manat
Şəki-Zaqatalada – 16-17 manat
Lənkəran–Astara region - 7 manat
Qazax-Tovuz ərazisi – 24-25 manat
Mərkəzi Aran rayonları - 8 manat
Quba-Xaçmaz bölgəsi - 7 manat
Mil-Muğan regionunda - 8 manat
Abşeron-Xızı bölgəsində - 7 manat.
Gəncə-Daşkəsən regionunda – 24-25 manat
Şirvan-Salyan zonasında - 8 manat
Dağlıq Şirvan bölgəsində - 11-12 manat
Bakıda - 7 manat.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş "Bitkiçilik kalkulyatoru" (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.
Xatırladaq ki, Aqrar Sığorta Fondu Azərbaycan Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli fərmanı ilə yaradılıb.
Aqrar Sığorta Fondu aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədilə təsis edilib.
Fond öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir və müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyinin artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır.
"Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub.
Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.
Aqrar Sığorta Fondunun Nizamnaməsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.
Eləcə də oxuyun:
Ətlik mal-qara, qoyun və keçi təsərrüfatları sığortalanacaq
Fermerlərin evi yıxıldı: Kartofa düşən nadir xəstəlik məhsulun yarısını məhv edib
Şəkidə əlacsız kəndlilər heyvanları "həbs etdilər"
Xəbər lenti
0