Uçuşan uşaqlar, zəhmli ustalar - karate-do çempionatından maraqlı görüntülər
12:29 16.08.2021 (Yenilənib: 00:01 17.11.2021)
Abunə olmaq
Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda karate-do üzrə açıq respublika çempionatı keçirilib. Yarışın maraqlı məqamlarını Sputnik Azərbaycan-ın fotolentində izləyin.
Avqustun 14-15-də Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi və Bakı Karate-do Akademiyasının təşkilatçılığı ilə idmanın karate-do növü üzrə "Dəmir Yumruq" açıq respublika turniri keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadənin çıxışından sonra veteran karateçilər nümuməvi çıxışlar göstəriblər. Yarışda ümumilikdə Bakı və Sumqayıt şəhərlərilə yanaşı, 14-ə yaxın rayondan 20-yə yaxın komanda və 150 karateçi iştirak edib.
Vüsal Abdullazadə Sputnik Azərbaycan-a xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq yarış iştirakçılarının sayında məhdudiyyətlər qoyulduğunu deyib:
"Hazırda COVID-19 pandemiyası davam etdiyi və yoluxma sayının artdığı üçün yarışı açıq havada keçirmək məcburiyyətində qaldıq. Biz Operativ Qərargahın tələblərini yerinə yetirərək turnirə bütün məşqçi, hakim və 18 yaşdan yuxarı vaksin olunmuş idmançıları dəvət etmişik. Ölkəmizdə vaksinlənmə prosesi getdiyi üçün komandaların bəzilərində hələ ki peyvənd olunmamış şəxslər də var. Buna görə də yarışı uşaq, yeniyetmə və gənclər arasında təşkil etdik. Ümid edirik ki, gələcəkdə karate turnirini böyüklər arasında da keçirə biləcəyik”.
Məlumat üçün bildirək ki, 13-14 yaşlı karateçi qızlar arasında keçirilən final döyüşləri zamanı 45 kq çəki dərəcəsində Bakı Karate-do Akademiyasının yetirməsi Jasmin Xəlilova bütün rəqiblərinə qalib gələrək döyüş kəmərini qazanıb. 8-9 yaşlı karateçilər arasında İbrahim İbayev isə full-kontakt versiyası üzrə 45 kq çəki dərəcəsində respublika çempionu adını qazanıb. Yarışda 14-15 yaşlı idmançılar arasında 60 kq çəki dərəcəsində Bakı Karate-do Akademiyasının yetirməsi Səid Rüstəmov full-kontakt kəmər döyüşlərində 1-ci yeri qazanıb.
Sonda qalib və mükafatçı karateçilər Zəfər gününə həsr edilən “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlarla təltif ediliblər.
© Sputnik / Rahim MuradovLənkəranda karate-do üzrə çempionat.
1/9
© Sputnik / Rahim Muradov
Lənkəranda karate-do üzrə çempionat.
© Sputnik / Rahim MuradovLənkəranda karate-do üzrə çempionat.
2/9
© Sputnik / Rahim Muradov
Lənkəranda karate-do üzrə çempionat.
© Sputnik / Rahim MuradovLənkəranda karate-do üzrə çempionat.
3/9
© Sputnik / Rahim Muradov
Lənkəranda karate-do üzrə çempionat.
© Sputnik / Rahim MuradovLənkəranda karate-do üzrə çempionat.
4/9
© Sputnik / Rahim Muradov
Lənkəranda karate-do üzrə çempionat.
© Sputnik / Rahim MuradovLənkəranda karate-do üzrə çempionat.
5/9
© Sputnik / Rahim Muradov
Lənkəranda karate-do üzrə çempionat.
© Sputnik / Rahim MuradovLənkəranda karate-do üzrə çempionat.
6/9
© Sputnik / Rahim Muradov
Lənkəranda karate-do üzrə çempionat.
© Sputnik / Rahim MuradovLənkəranda karate-do üzrə çempionat.
7/9
© Sputnik / Rahim Muradov
Lənkəranda karate-do üzrə çempionat.
© Sputnik / Rahim MuradovLənkəranda karate-do üzrə çempionat.
8/9
© Sputnik / Rahim Muradov
Lənkəranda karate-do üzrə çempionat.
© Sputnik / Rahim MuradovLənkəranda karate-do üzrə çempionat.
9/9
© Sputnik / Rahim Muradov
Lənkəranda karate-do üzrə çempionat.